Accessibility links

Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk edib


Əfqanıstan Prezidenti Əşrəf Qani vitse-prezidenti və digər yüksək vəzifəli məmurlarla birlikdə bazar günü ölkəni tərk edərək, ABŞ-ın başçılıq etdiyi hərbi hücumdan 20 il sonra Əfqanıstanda Taliban üsyançılarının yenidən hakimiyyətə qayıtması üçün zəmin yaradıb.

Taliban döyüşçüləri şəhərin əsas postlarında mövqe tutarkən, Taliban hərbi komissiyasının yüksək üzvləri Kabildəki prezident sarayına daxil olub.

Taliban sözçüsü Zabihullah Mücahid bazar günü döyüşçülərin "Əfqanıstan qüvvələri onları tərk etdikdən sonra xaosun və talanın qarşısını almaq üçün" Kabildəki təhlükəsizlik postlarını və digər qurğuları qorumaq üçün göndərildiyini təsdiqləyib.

Mücahid sakinləri sakitliyə çağıraraq, bu addımın insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını deyib.

Qanidən heç bir şərh almaq mümkün olmayıb.


Şənbə günü Qani bir mesajda "tətbiq edilmiş müharibə" adlandırdığı vəziyyətlə əlaqədar həm milli, həm də beynəlxalq oyunçularla məsləhətləşdiyini deyib.

Əfqanıstan Milli Barışıq Şurasının rəhbəri Abdulla Abdulla Facebookda Qanini tənqid edən bir video yayımlayıb. Abdulla Qaninin ölkəni tərk etdiyini təsdiqləyərək deyib ki, keçmiş prezident ölkəni və insanları pis vəziyyətdə tərk edib. Allah onun hesabını verəcək.

Əfqanıstanın müdafiə naziri Bismillah Məhəmmədi tweetdə Qani və ortaqlarına istinad edərək "əlimizi arxadan bağladıqlar və vətəni satdıqlar, zəngin prezident və onun dəstəsinə lənət olsun" yazıb.

Bazar günü Taliban Nanqarhar vilayətinin paytaxt, Kabil xaricində hökumətin nəzarətində olan son böyük şəhəri Cəlalabadı ələ keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG