Accessibility links

Qubada qadağan olunmuş dini təriqəti təbliğ edən şəxslər saxlanılıb


Qubada qadağan olunmuş dini təriqəti təbliğ edən şəxslər saxlanılıb
Qubada qadağan olunmuş dini təriqəti təbliğ edən şəxslər saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir

Azərbaycanın Quba rayonunda (Bakıdan 167 kilometr şimal) qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat keçirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, rayonun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ etmələri müəyyənləşib.

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilib, izahatları alındıqdan sonra buraxılıblar.

Azərbaycan Konstitutsiyası din azadlığına təminat versə də, ölkədə "qeyri-ənənəvi" damğası vurulmuş bir sıra təriqətlər təqib olunur. Bəzi təriqətlərin qeydiyyatdan keçməsinə əngəllər yaradılır və onların üzvləri polis tərəfindən saxlanılırlar. Bu sıraya bəzi evangelist xristian, eləcə də müsəlman qruplar daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG