Amerikada Şükran bayramı həftəsidir. Amerikalıların çoxu üçün bu gün bayram süfrəsi hazırlamaq və malik olduqları hər bir şeyə görə minnətdarlıq bildirmək imkanı deməkdir. Amma bunlarla yanaşı Şükranlıq bayramı həm də bayram alış-verişi deməkdir.
Birləşmiş Ştatlarda bayram alış-verişi mövsümündə pərakəndə satış şirkətləri maksimum gəlir əldə etməyə çalışır. Şükran gününün səhəri “Qara Cümə” adlanır. Bu, pərakəndə satış şirkətlərinin nəhayət alqı-satqının az olduğu “qırmızı” günlərdən fərqli olaraq “qara cümə“ günü böyük gəlir əldə etməsi deməkdir.
“Qara Cümə” günü böyük endirimlər təklif edən mağazalar qapılarını evlərdə bayram süfrələrindən əvvəl açır. Bəzi mağazalar yaxşı gəlir əldə etmək üçün bir neçə gün münasib qiymətlər təklif edir.
Növbələrdə dayanmaq istəməyənlər isə “qara cümə”dən sonra ”Cyber Monday”- “kiber bazar ertəsi” adlanan gün alış-verişi internetdə edir.