Accessibility links

Yeni tropik qasırğa Amerikanın körfəz sahillərinə yaxınlaşır


ABŞ-ın Milli Qasırğa Mərkəzi ölkənin körfəz sahilləri bölgəsində çərşənbə axşamının gecəsi və çərşənbə günü torpik qasırğa barədə xəbərdarlıq edib.

Pisləşməkdə olan hava şəraitinin tropik Qordon qasırğası adı alacağı gözlənilir.

Birləşmiş Ştatlarda qeyd edilən Əmək Günü özü ilə leysan yağşlar və güclü küləklər gətirən qasırğa Florida Key adaları, Florida ştatının cənubu və Baham adalarının bir hissəsinə doğru irəliləyir.

Mayamidə qərərgahalanan mərkəz bildirib ki, qasırğa Floridanın Marafon şəhərindən 385 km cənub-şərqdə artmaqdadır.

Mərkəz bildirib ki, getdikcə güclənməkdə olan qasırğa çərşənbə axşamı Baham adaları və Floridanın cənubunda bəzi ərazilərə 5-10 sm arası yağış gətirəcək.

Milli Qasırğa Mərkəzi həmçinin, Luiziyana ştatının sahillərindən tutmuş Hyustona qədər geniş ərazidə daşqınlar barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG