Respublika Toksikologiya Mərkəzinin qəbul şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, mərkəzə Lökbatan qəsəbəsindən zəhərlənmə diaqnozu ilə 30-dan çox xəstə daxil olub. Onların arasında ölən yoxdur. Xəstələrin hamısı tibbi yardımdan sonra yaxşılaşmaqdadır. Hazırda 2 xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.
Qəbul şöbəsi həmçinin xəstlərin qəbulunun davam etdiyini bildirib.
***
Bakının Lökbatan qəsəbəsində təbii qazdan yüzədək sakin zəhərlənib. Zəhərlənmə təbii qazın kəsilib, yenidən verilməsindən sonra baş verib.
Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Amerikanın Səsinə bildiriblər ki, zəhərlənmə ərazidəki bir neçə beşmərtəbəli yaşayış evində qeydə alınıb. Hazırda hadisə yerində təcili tibbi yardım briqadaları işləyir.
İlkin məlumatlara görə, 80-dən çox sakin xəstəxanalar çatdırlıb. İndiki anadək ölən qeydə alınmayıb.
"Azəriqaz"ın mətbuat xidmətinin məlumatına görə zəhərlənmə odorant maddəsinin həddən artıq böyük dozası nəticəsində baş verib. Həmin maddənin təbii qaza əlavə olunması nəticəsində qaz sızmaları müəyyən edilir.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri araşdırma aparır.