Accessibility links

Qazaxıstanda etirazlar zamanı onlarla etirazçı və 12 polis işçisi həyatını itirib


Qazaxıstanda hökumət binalarına edilən hücumlar nəticəsində onlarla etirazçı, ondan çox polis məmuru ölüb, onlardan birinin başı kəsilmiş vəziyyətdə tapılıb.

“Xəbər-24” dövlət xəbər kanalına şərh verən polis idarəsinin mətbuat katibi Saltanat Azirbekin bildirdiyinə görə, ölkənin ən böyük şəhəri Almatıda gecə hökumət binalarına basqın cəhdləri olub və "onlarla hücumçu məhv edilib". Binalara hücum cəhdləri haqda məlumatlar çərşənbə günü şəhərdə baş verən iğtişaşlar, o cümlədən yandırılan meriya binasının ələ keçirilməsindən sonra verilib.

“Xəbər-24“ dövlət kanalı cümə axşamı şəhər komendantlığa istinadən həlak olan 12 polisdən əlavə 353 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını bildirib.

Qazaxıstan 30 il əvvəl müstəqillik əldə etdikdən sonra ölkədə ən ciddi küçə etirazları dövrü yaşanır.

Rusiyanın başçılıq etdiyi hərbi alyans olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı cümə axşamı səhər tezdən bildirib ki, prezident Kasım Jomart Tokayevin xahişi ilə Qazaxıstana sülhməramlı qüvvə göndərəcək. Maye qaz yanacağının kəskin bahalaşması səbəbindən bazar günü başlayan və getdikcə şiddətlənən etirazlar Qazaxıstanı sarsıdıb. Ölkənin qərbində başlayan etirazlar Almatı və paytaxt Nur-Sultana da yayılıb.

Tokayev çərşənbə günü iğtişaşları yatırtmaq üçün sərt tədbirlər görəcəyini vəd edib. O bütün ölkə boyu iki həftəlik fövqəladə vəziyyət elan edərək, bununla artıq paytaxt Nur-Sultan və Almatıda elan edilmiş hərəkətə məhdudiyyətlər və gecələr komendant saatını bütün şəhərlər üçün tətbiq edib. İğtişaşlara cavab olaraq hökumət istefa verib.

Etirazlar avtomobil yanacağı kimi geniş istifadə olunan mayeləşdirilmiş qazın qiymətinin təxminən iki dəfə artırılmasına etiraz olaraq başlasa da, aksiyaların miqyası və sürətlə yayılması 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanandan bəri eyni partiyanın hakimiyyəti altında olan ölkədə daha geniş narazılığı əks etdirir.

Tokayev iğtişaşlara başqa ölkələrdən yardım alan “terror qruplarının” rəhbərlik etdiyini iddia edir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG