Accessibility links

Qazaxıstanda hərbi bazada partlayış 13 nəfərin ölümünə səbəb olub


Qazaxıstanın cənubunda hərbi bazadakı silah anbarında baş verən yanğının səbəb olduğu bir neçə partlayış 13-dən çox insanın ölümü və 100-dən çox insanın yaralanması ilə nəticələnib. Bunun ardınca ölkəninin müdafiə naziri istefasını irəli sürüb.

Ölkənin fövqəladə halla nazirliyi bildirib ki, avqustun 28-də hadisəniin baş verdiyi yerdə 13-cü nəfərin cəsədi tapılsa da, onu hələ ki, müəyyən etmək olmayıb.

Nazirliyin sözçüsü avqustun 28-də deyib ki, azı üç nəfər hələ də itkindir və onların axtarışları davam edir.

Sözçü Talqat Uali deyib ki, ölənlər arasında Fövqəladə Hallar Nazirliyinin hərbi bölməsinin işçicləri, hərbi personal və hərbi prokurorluğun rəsmisi var.

Partlayış 98 nəfərin yaralanması ilə nəticələnib. Onların təxminən yarısı Fövqəladə Hallar Nazirliyinin işçiləridir.

Azadlıq Radiosunun müxbiri hadisə yerindən bildirib ki, qurbanlardan biri yanğınsöndürən Eldos Sandibayevdir.

Müdafiə Naziri Nurlan Yermekbayev günün əavvəlində mətbuat brifinq zamanı deyib ki, avqustun 26-da Cambul vilayətində mühəndislik partlayıcı maddələrin saxlandığı hərbi obyektdə yanğına nəyin səbəb olduğu bəlli deyil. O əlavə edib ki, qəsdən yandırma və ya təribat istisna olunmayıb.

Yermekbayev deyib ki, anbarda 500 tondan çox partlayıcı saxlanılırdı. Partlayıcılar 2019-cu ildə Aris şəhərində bənzər partlayışın dörd nəfərin ölümü, minlərlə evin dağılması və 40 min sakinin evakuasiyası ilə nəticələnməsindən sonra oradakı obyektdən bu anbara gətirilib.

Bundan əlavə Yermekbayev Azadlıq Radiosunun qazax xidmətinə insidentdən sonra istefa verməyə hazır olduğunu, lakin onun işinin gələcəyi ilə bağlı yekun qərarının ölkə rəhbərliyi tərəfindən veriləcəyini bildirib.

Rəsmiləri sursat anbarından bir kilometrdən qısa məsafədə yerləşən üç kənddən yüzlərlə sakini regionun paytaxtı Taraza evakuasiya ediblər və Almatı şəhərindən vilayətə aparan əsas yolu bağlayıblar.

Canbul vilayətinin rəsmisi deyib ki, vəziyyət sabitləşib və evakuasiya olunanlar artıq evlərinə dönə bilərlər.

Bundan əlavə Almatını Özbəkistanın paytaxtı Daşkənd və Özbəkistanın Əfqanıstana əsas regional çıxış yolu olan Termez şəhəri ilə birləşdirən Orta Asiyanın əsas dəmir yolu şəbəkəsi də bağlanıb.

Xilasetmə əməliyyatlarına yüzlərlə hərbi personal, polis zabiti və tibbi işçi cəlb olunub.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG