Accessibility links

Qazaxıstanda onlarla etirazçı həbs olunub


Nursultan Nazarbayev

Qazaxıstan polisi şənbə günü ölkənin böyük şəhərlərində Nursultan Nazarbayevin 79-cü doğum günü qeyd etmək üçün küçələrə axışaraq onun hakimiyyətdən getməsini tələb edən onlarla etirazçını həbs edib.

Daha öncə polad zavodu işçisi olub, sonra kommunist patiyasının baş katibinə çevrilən Nazarbayev 1989-cu ildən bəri bu ilin mart ayında istefa verənədək neftlə zəngin Mərkəzi Asiya ölkəsinə başçılıq edib. O, istefasından sonra öz yerinə ona sadiq davamçısını təyin edib, amma hələ də böyük səlahiyyətlərə sahibdir.

Nazarbayevin yeni titulu Yelbasidir, yəni milli lider. O həmçinin nüfuzlu təhlükəsizlik şurasının başçısıdır.

Onun doğum günü sabiq Sovet respublikasının paytaxtının inaqurasiyası ilə əlaqəli olaraq rəsmi bayram günü hesab edilir. Şəhər onun istefasından sonra Nur-Sultan adlandırılıb.

XS
SM
MD
LG