Accessibility links

Elektrik stansiyasında yenidən yanğın olub


Mingəçevir şəhərindəki “Azərbaycan İstilik Elektrik Stansiyası”nda (Bakıdan 308 kilometr qərb) iyulun 5-də yenidən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının səbəbləri ilə bağlı məlumat verilmir.

Xatırladaq ki, iyulun 2-də və 3-də “Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş vermis yanğın və partlayış nəticəsində ölkənin bütün regionlarına elektrik enerjisinin verilməsində saatlarla fasilələr yaranıb. Ölkə iqtisadiyyatına böyük həcmdə ziyan dəyib. Çoxsaylı insan metro qatarlarında tunellərdə qalıb.

İyulun 4-də ölkə prezidenti enerji sahəsində yaranmış problemlə bağlı müşavirə keçirib. Prezident qəzanın səbəblərinin öyrənilməsi, nəticələrinin aradan qaldırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıqlar verib. Qəzanın araşdırılması ilə bağlı dövlət komissiyası fəaliyyət göstərir.

XS
SM
MD
LG