Accessibility links

Rusiya reallıqları Amerika filmlərində [Video]


Rusiya reallıqları Amerika filmlərində
please wait

No media source currently available

0:00 0:03:28 0:00

Rusiya ilə bağlı bu yaxınlarda iki film çəkilib – Biri Hollivudun casus trilleri, digəri isə ölkənin qaranlıq siyasəti ilə bağlı müstəqil bir satirik film. Bu filmlərdə nələr şişirdilib, nələr reallığı əks etdirir.

Aktrisa Cenifer Laurensin Dominika Yeqorova rolunu ifa etdiyi “Qırmızı sərçə” filmində məxfi məlumatlar əldə etmək üçün casusların hazırlandığı Rusiyanın hazırkı kəşfiyyat idarəsinin fəaliyyətindən bəhs edilir. Cenifer Laurens bu filmin realisitik və azad ruhlu olduğunu deyir. “İnsanlar bir qadının öz bədənini və seksuallığını nəzarətə almasını, qələbə əldə etmək üçün ağlından istifadə etdiyini və filmdəki hər kəsdən hər zaman 4 addım irəlidə olduğunu gördükdə heyrətə gəlir".

Vaşinqtondakı “Casus Muzeyi”nin kuratoru Vins Hoton Soyuq müharibə zamanının casusluqda istifadə edilən əşyaları, ucunda zəhərli iynə olan çətiri, Rusiya və ABŞ-ın saxta pasportları və dinləmə cihazlarını göstərir. Hotonun dediyinə görə, bu əşyaların çoxunudan Hollivudun klassik casusluq haqdakı filmlərində istifadə edilib və bu gün də istifadə edilə bilər. Lakin o, Rusiyanın “Sərçə” məktəbi kimi məktəblərın keçmişdə qaldığını deyir. “Soyuq Müharibə dövründə Sovet İttifaqında qadınlar bədənlərindən istifadə edərək kəşfiyyat məlumatı əldə etmək üçün təlimlərdən keçirilir Bunlar yalnız qadınlar deyildi. Rusların etibarlı nümayəndələri olan şərqi alamanlar da bu sahədə olduqca effektiv idi. Onlara “ Romeo” casusları deyərdilər."

O, artıq belə təcrübələrin arxada qaldığını deyir. “Əgər sizin doğrudan da hər hansı bir əməkdaşınızla əlaqəniz olsa Mərkəzi Kəşfiyyat Agentliyi sizi dərhal işdən azad edər.”

Beləliklə Hoton deyir ki, “Qırmizi Sərçə” əyləncəli bir film olsa da, onun çatışmazlığı və ikili xarakterləri Rusiyanın bugünkü casusluğunu və siyası amansızlığını açıq şəkildə nümayiş etdirir. “Bu, Amerikanın, qərbin Rusiyaya baxışıdır. Burada gördükləriniz Soyuq Müharibə dövründə Rusiyanın, Sovet İttifaqının duyğusuzluğunu göstərir. Filmin məqsədi qeyri-insanı mənfi xarakterlərin təsvirini nəzərdə tutur. ”

Rusiya siyasəti haqda komediya həm də mübahisəli ola biər. Stalinin vəfatı filmi ingilis-fransız satirasıdır.

Burada Stalinin necə kabinet nazirlərini əyləndirdiyi, insanların Sibirə sürgün edilmə ehtimalı ilə geyimlərində yataqlarına girməsi kimi hallar yer alır. Kino-rejissor Armando İanuççi: “Bu, bizim bütün hadisələrə satirik münasibitimizdir. Mən filmdə baş verənlərin doğru olduğunu demirəm. Mən “buna baxın” deyirəm və əgər sizə maraqlandırırsa, Onlayna gedin və baxın. Onda siz bunların nə qədər gerçək olduğundan təəccüblənəcəksiniz.”

İanuççinin dediyinə görə, onun filmi Rusiyada seçkilərdən öncə qadağan edilib.

XS
SM
MD
LG