Accessibility links

Çində növbəti ölümcül mədən qəzası


Qəza Çinin Henan əyalətində baş verib. Google Maps

Çinin Henan əyalətində yerləşən Qonlinq qızıl mədənində baş verən qəza nəticəsinə 8 nəfər ölüb, bir nəfər itkin düşüb.

Qəzadan sonra yaranan zəhərli duman xilasetmə əməliyyatını çətin edib.

Hadisə baş verən an mədəndə 17 nəfər var idi. Xilasedicilər 8 nəfərin cəsədini çıxara bilsələr də, bir nəfər hələ də tapılmayıb.

Qəzadan sonra Çin rəsmiləri köhnəlmiş mədənlərin fəaliyyətini dayandırdıqlarını və bütün mədənlərdə təhlükəsizlik şərtlərinin təmin edilməsi haqda qərar qəbul etdiklərini elan etdilər.

Çinin mədən sənayəsi insan itkilərinə digər ölkələri arxada qoyur. Hər il burada yüzlərlə mədən işçisi həlak olur.

XS
SM
MD
LG