Dünyanın 100-dən çox lideri bazar ertəsi İqlim Dəyişikliyi ilə bağlı BMT-nin iki həftəlik zirvə toplantısında işə başlayıb. Konfransda diqqət mərkəzində olan sahələrə emissiya hədəfləri ilə bağlı vədlər və iqlim dəyişikliyi təsirlərinin öhdəsindən gəlmək üçün inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı ayrılması məsələləri yer alır.
ABŞ prezidenti Co Bayden Amerikanın qlobal istiləşmənin qarşısının alınmasına yönəlmiş öhdəliklərini açıqlayıb.
İqlim öhdəliyimizi sözlərlə deyil, əməllərimizlə nümayiş etdirəcəyik
"Birləşmiş Ştatlar aprel ayında Liderlər Zirvəsində ABŞ-ın tullantılarının 2030-cu ilə qədər 50-52 faizdən aşağı səviyyəyə endirəcəyinə dair iddialı hədəfinə nail olacaq. Biz dünyaya ABŞ-ın təkcə yenidən masaya qayıtdığını deyil, nümunənin gücü ilə rəhbərlik edəcəyimizi göstərəcəyik. Bilirəm ki, bu belə deyildi və buna görə də mənim administrasiyam iqlim öhdəliyimizi sözlərlə deyil, əməllərimizlə nümayiş etdirmək üçün çox işləyir" - deyə, Bayden bildirib.
Bu yeni hədəflərə qlobal iqlim dəyişikliyi ilə mübarizəyə dair ABŞ-ın əvvəlki razılaşmalara əsaslan bir sıra yeni öhdəlikləri daxildir.
Bayden bazar günü Çin və Rusiyanın istixana qazı tullantılarını azaltmaq üçün hələ də yeni öhdəliklər hazırlamamasına görə məyusluğunu dilə gətirib.
"Rusiyanın, və o cümlədən təkcə Rusiyanın deyil, Çinin də iqlim dəyişikliyi ilə bağlı heç bir öhdəlik götürməməsi xəyal qırıqlığına səbəb olub və insanların bundan məyus olmasının səbəbi var. Mən özüm də məyus oldum" - deyə, Bayden bildirib.
Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak etmir. Onun hökuməti bazar ertəsi 2060-cı ilə qədər karbon neytrallığını hədəfləyən iqlim strategiyasını təsdiqləyib.
“Rusiya öz perspektivlərini açıq şəkildə müəyyən edib. Bundan əlavə, Rusiya karbonun istehsalnın azaldılması və istehsal üsullarına keçid baxımından bir çox parametrlərə görə Qərbi Avropa ölkələri də daxil olmaqla, bir çox ölkədən daha irəlidədir” - deyə, Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib.
Qlobal istiləşməyə səbəb olan dünyanın ən böyük karbon qazı və digər istixana qazları olan Çin keçən cümə axşamı karbonu azaltmaq üçün yeni əhəmiyyətli hədəflərinin olmadığını elan edib. Çin 2030-cu ilə qədər ölkədə karbonun neytrallaşmasını ən yüksək həddə çatdırmağı və 2060-cı ilə qədər isə karbon qazının olmamasını planlaşdırır.
Şotlandiyanın Qlazqo şəhərində keçirilən konfransa ev sahibliyi edən Böyük Britaniyanın Baş naziri Boris Conson bəşəriyyətin bunu çox uzun zaman gözlədiyini deyib və fəaliyyətə başlamağın aktuallığını vurğulayıb.
"Əgər bu gün iqlim dəyişikliyi ilə ciddi məşğul olmasaq, sabah uşaqlarımızın bunu etməsi üçün çox gec olacaq" - deyə, daha əvvəl Consonun ofisinin bəyanatda bildirilib.
ABŞ-ın iqlim məsələləri üzrə xüsusi elçisi Con Kerri bazar ertəsi sammitdən əvvəl jurnalistlərə konfransın məqsədləri arasında “qlobal ambisiyaları çox əhəmiyyətli dərəcədə artırmaq” və qlobal istiləşməni sənayedən əvvəlki səviyyəyə, 1,5 dərəcə məhdudlaşdırmaq üçün ölkələrə “onillik fəaliyyət” öhdəliyinin daxil olduğunu deyib.
Kerri həmçinin iqlim dəyişikliyinin maliyyə aspekti ilə məşğul olmağın - həm öhdəliyə götürülmüş vəsaitlərin paylanması, həm də inkişaf etməkdə olan ölkələrə onların çəkdiyi zərərə uyğun yardım etməyin vacibliyini vurğulayıb.
“Biz bilirik ki, oralarda real itki və ziyan, dəniz səviyyəsi yüksəldiyi üçün xalqının haraya köçəcəyindən danışan dövlətlər var. Elə ərazilər var ki, insanlar artıq oralarda yaşaya bilmir. Yaşayış yerlərinin dağılması səbəbindən planetin başqa yerlərində sığınacaq axtaran miqrantlar var” - deyə, Kerri bildirib.
İqlim dəyişikliyi sammiti Böyük İyirmilik (G-20) liderlərinin “təxminən əsrin ortalarına qədər” karbon qazının neytrallaşmasına nail olmaq və bu ilin sonuna qədər daş kömürlə işləyən elektrik stansiyalarının maliyyələşdirilməsini dayandırmaqla bağlı Romada keçirilən toplantıdan sonra başlayır.