Accessibility links

Qlobal böhranlar artdıqca insan haqları durumu ağırlaşır


Dünyada artan bərabərsizlik və çoxsaylı böhranlar BMT Baş Assambleyasının Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etməsindən 73 il sonra daha yaxşı, daha ədalətli dünya üçün yaranan ümidləri puç edib.

BMT-nin baş katibi Antonio Quterreş dünyanın yol ayrıcında olduğu barədə xəbərdarlıq edib.

"COVID-19 pandemiyası, iqlim böhranı və rəqəmsal texnologiyanın həyatımızın bütün sahələrinə genişlənməsi insan hüquqlarına yeni təhdidlər yaradıb" - deyn Quterreş bildirib.

O deyib ki, icmal mühit daralır, ayrı-seçkilik geniş vüsət alıb. Onilliklər ərzində ilk dəfə milyonlarla uşaq təhsil hüququndan məhrumdur. Bərabərsizlik dərinləşir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Başele deyib ki, artan bərabərsizliklər baha başa gəlir.

O qeyd edib ki, 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildikdən sonra irəliləyiş əldə edilib əhəmiyyətli addımlar atılıb. Başele deyib ki, dünya zənginləşib, insanlar daha uzun yaşayır və daha çox qadın azadlıq qazanıb. Bununla belə, o, son 20 ildə qlobal sarsıntıların ardıcıl olaraq bu tərəqqiyə xələl gətirdiyini bildirib.

O deyib ki, bərabərsizliklərin koronavirus pandemiyasının insanların həyatında yaratdığı dağıntıları nə dərəcədə artırdığını başa düşmək xüsusilə kədərlidir.

Başele bu yaxınlarda zorakılıq və qanunsuzluqla parçalanmış Burkina Faso və Nigerdəki missiyadan qayııb. Onun sözçüsü Rupert Kolvill deyib ki, ali komissar pandemiya, iqlim dəyişikliyi, iqtisadi tənəzzül və bərabərsizliklərin bu cəmiyyətlərə dağıdıcı təsiri görüb.

Kolvillin dediyinə görə, Başele nə işi, nə gələcəyi, nə də ümidi olmayan gənclərə silah və 10 dollar təklif olunduqda onların silahlı mübarizəyə qatılmalarını aydın başa düşür.

“Orada insanların öldürülməsi, kəndlərin dağıdılması, qadınların zorlanması və sosial-iqtisadi problemlər və bərabərsizliklərdən qaynaqlanan sadəcə ümumi dəhşət hekayələri ilə nəticələnən halların təkrarını görürsünüz", Kolvill deyib.

İnsan hüquqları komissarı Başele deyib ki, bərabərlik insan hüquqlarının mərkəzində dayanır. Onun dediyinə görə, bərabərlik həm də qlobal böhranlar dövründə bəşəriyyəti yaşadan həllərin əsasını təşkil edir.

XS
SM
MD
LG