Accessibility links

Azər Qarayev: Qlobal iqlim dəyişikliyi son 50 ildə özünü daha kəskin göstərir [Video-müsahibə]


Azər Qarayev: Qlobal iqlim dəyişikliklərinin təsiri Azərbaycanda da mövcuddur və son 50 il ərzində daha kəskin şəkildə özünü göstərməkdədir
please wait

No media source currently available

0:00 0:07:32 0:00

Azər Qarayev

Dünya Bankının Azərbaycanda meşə proqramı üzrə əlaqələndiricisinin Amerikanın Səsinə müsahibəsi

Dünya Bankının Azərbaycanda meşə proqramı üzrə əlaqələndiricisi Azər Qarayev Amerikanın Səsinə müsahibəsində qlobal iqlim dəyişkliyinin, insan fəaliyyətinin nəticələrinin Azərbaycanda və Xəzər akvatoriyasında təsirlərindən danışıb.

Amerikanın Səsi: Qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirlərini necə qiymətləndirirsiniz? Təsirlər hansı sahələrdə daha qabarıq hiss edilir?

Azər Qarayev: Qlobal iqlim dəyişikliklərinin təsiri bütün dünyada olduğu kimi Azərbaycanda da mövcuddur və son 50 il ərzində daha kəskin şəkildə özünü göstərməkdədir. Bunun ətraf mühitə, biomüxtəlifliyə böyük təsirləri var. Mən meşələr üzrə proqramda çalışıram. Azərbaycanın dağlıq regionunda yerləşən meşələrə böyük təsiri var. Meşələr təbiətin tacıdır və Azərbaycanda biomüxtəlifliyin böyük əksəriyyəti meşələrdə məskunlaşıb. Əlbəttə, iqlim dəyişməsinin təsirləri meşələrdə biomüxtəlifliyə böyük təsir göstərir və orada meşələrdən istifadə edən, asılı olan icmalara da böyük təsir göstərib.

Ameriknaın Səsi: Nədir təsirləri?

Azər Qarayev: Əsas təsirləri bəzi regionlarda su mənbələrinin tükənməsidir, makro və mikro iqlimin dəyişməsidir. Aqrar sahədə, yəni kənd təsərrüfatında aqromüxtəlifliyin (insanların istifadə etdiyi bitki və heyvan növlərinin) dəyişməsi, yaxud da təsir etməsidir.

Amerikanın Səsi: Azərbaycanda insan fəaliyyətinin nəticələrinin qlobal iqlim dəyişikliyinə təsirləri necədir?

Azər Qarayev: Başqa ölkələrə baxanda, yəni Rusiya, ABŞ, Çin və sair sənayesi inkişaf edən ölkələrə baxanda Azərbaycanın qlobal iqlim dəyişməsinə təsiri çox azdır. Burada əsası nəqliyyat vasitələrinin son illər inkişafı, ölkəyə gətirilən nəqliyyat vasitələrinin keyfiyyətinin o qədər də qənaətbəxş olmaması səbəbindən müəyyən tullantılar var. O da cüzidir. Azərbaycanın qlobal iqlim dəyişməsində rolu demək olar ki, sıfra bərabərdir.

Amerikanın Səsi: Bəs neft, neft-kimya sənayesi?

Azər Qarayev: Bunun dolayısı ilə təsiri var. Azərbaycan neft emal edən bir ölkədir və bunun idxalı ilə məşğuldur. Bunu mən qiymətləndirə bilmərəm, bu sahədə yüksək bir ekspert deyiləm. Amma, əlbəttə müəyyən cüzi bir rolu var.

Amerikanın Səsi: Təxminən hansı rolu var?

Azər Qarayev: Azərbaycan neft emal edən ölkədirsə, əlbəttə nefti sonradan kimsə yandırır və ya neftdən hansısa məhsullar əldə edilir. Bunun nəticəsində isə müəyyən miqdarda karbon qazı əmələ gəlir və bu təbiətə müəyyən tədirlər göstərir.

Amerikanın Səsi: Azərbaycan hökuməti insan fəaliyyəti nəticələrinin ekologiyaya və iqlim dəyişikliklərinə təsirlərinin aradan qaldırılması üçün hansı proqramları həyata keçirir? Yetərlidirmi?

Azər Qarayev: Son illər bir neçə layihə ilə iqlim dəyişikliklərini əhatə etməyə çalışır. Bizim layihəni götürək: Avropa İttifaqının meşələrin inkişafı üzrə proqramıdır. Dünya Bankı, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı və Dünya Vəhşi Təbiət Fondu tərəfindən həyata keçirilən bir layihədir. Bizdə bir neçə komponent var. Onarın arasında bir komponent də iqlim dəyişməsinin meşələrə təsirinin qiymətləndirilməsidir. Bu sahədə müəyyən tədqiqatlar aparmışıq. Beynəlxalq layihələr çərçivəsində aparılan tədqiqatların tərkibində qlobal iqlim dəyişikliyi ilə bağlı bir komponent də var.

Dövlət isə bir neçə proqramlar hazırlayıb. Bunlar ətraf mühitin qorunması, meşələrin inkişafı (BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatı - FAO ilə birgə) və başqa sahərədəki layihələrdə iqlim dəyişikliyinə diqqət yetirir.

Amerikanın Səsi: Qlobal iqlim dəyişikliyinin və insan fəaliyyətinin nəticələrinin Xəzər akvatoriyasına təsirlərini necədir?

Azər Qarayev: Əlbəttə son yüz il ərzində qlobal iqlim dəyişməsinin intensiv gedişi zamanı Xəzər dənizinə də müəyyən təsirlər olub. Bu da birbaşa biomüxtəlifliyə və bioresurslara aiddir.

XS
SM
MD
LG