Accessibility links

Qlobal Tatu Sərgisi tatuların tarixini və mədəniyyətlərdə rolunu nümayiş etdirir [Video]


Qlobal Tatu Sərgisi tatuların tarixini və mədəniyyətlərdə rolunu nümayiş etdirir
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Tatuya sahib olmaq artıq kriminal bandanın üzvü olmaq mənasını vermir. Tatular popular mədəniyyətin bir parçasına çevrilib. Bu döymələrin zəngin tarixi var. Los Ancelesdə keçirilən sərgi bu tarixi nümayiş etdirir.

Çui Kintanar 20 ildən çoxdur ki, canlı kanvas üzərində rəsm çəkir.

“Mən tatu işinə yenicə başlayanda, insanlar hələ də buna mənfi yanaşırdı. Lakin tatuya həm də sənət kimi də yanaşa bilirdilər.”

Muzey ondan Tatu adlı sərgiyə nümunə göndərməyi xahiş edəndə, o anladı ki, tatuların mənfi obrazı dəyişməkdədir.

“Prestijli muzeydə nümayiş etdirilmək bir arzu kimidir.”

“Bu sərgi tatu sənətçilərinin materialları üzərində təşkil edilmiş ilk sərgilərdəndir. Bundan öncəki sərgilərdə materiallar daha çox həkimlər və kriminoloqlar tərəfindən təqdim edilirdi.”

Sərgidə təqdim edilən tatular Asiya, Afrika və Amerikadan toplanılıb.

“Bu sərgi müxtəlif mədəniyyətləri, dövrləri əks etdirir və universal yanaşmanı tərənnüm edir. Keçmişdə insanların tatulara sahib olmaları üçün müxtəlif səbəbləri olub. Bu gün də insanlar həyatlarının əhəmiyyətli anlarını və ya onlar üçün əhəmiyyətli olan şeyləri qeyd etmək üçün tatudan istifadə edir.”

Bu sərgi insanların tatu vurdurmaqla, bu ağrılı prosesə dözmələrinin səbəblərini göstərir. Konqo tatusundan tutmuş bu videoda göstərilən Tayland ritualına qədər.

“Tatunun müxtəlif mədəniyyətlərdə vacib mənəvi və dini məqsədləri var. Həmin mədəniyyətlər də tatunun çox böyük gücü mövcuddur.”

Tatu itaətsizlik, xəcalət, ya da ki, şərəf rəmzi ola bilər.

“Tatunun əsas səbəblərindən biri, insanları qeyd etmək və nəticədə onları təcrid edərək, cəzalandırmaqdır. Ənənəvi tatular sənin seçə bilmədiyin, qərar verə bilmədiyin tatulardır. Bu, sənin daxil olduğun qrupun, ailən, insanların sənin tatuya sahib olmağın vaxtı gəldiyini qərar verdikləri tatudur. ”

Bu sərgi nəinki qlobal tatuların tarixinə nəzər yetirir, həm də Los Ancelesinin rəngarəng tatu səhnəsini nümayiş etdirir. Hətta muzeydə tatu vurdurmaq imkanı da var.

Sərgidə Los Ancelesin modern tatu mədəniyyətini göstərməklə yanaşı, onun tarixini də göstərir.

“Payk adlı yer Asiyadan gələn dənizçilərin görüşdüyü məkan olub. Onlar həmin yerdə Asiyada vurdurduqları tatuları bir-birinə göstərirdilər.”

Payk dəniz qırağında yerləşən məşhur yerlərdən biridir. Bura Los Ancelesin ilkin tatu məkanı olub. Daha sonra ağ-qara tatular Los Ancelesdən böyük Latino icmasına yayılıb.

“Mənin işlədiyim Çiçano adlı qara və boz stildir. ”

Kintanar deyir ki, öz sənətini bütün dünyaya göstərmək istəyib. İndi isə bu mümkün oldu.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG