Accessibility links

Qorbaçovun islahatları və Sovet İttifaqının süqutu


Qorbaçovun islahatları və Sovet İttifaqının süqutu
Qorbaçovun islahatları və Sovet İttifaqının süqutu

Mixail Qorbaçov vətənində kommunizmi çökdürdüyünə görə tənqid edilir, lakin Qərbdə ona qəhrəman kimi baxırlar

Bu il dekabrın 25-də Sovet İttifaqının süqutunun 20-ci ildönümü tamam olur. Sovet İttifaqının dağılmasında sonuncu sovet lideri Mixail Qorbaçovun islahatları böyük rol oynamışdır.

Mixail Qorbaçov 1985-ci ildə Sovet İttifaqının lideri olmuşdur. 54 yaşlı Qorbaçov o zaman hakimiyyətdə olan siyasi büronun ən gənc üzvü idi.

ABŞ-ın Moskvadakı keçmiş səfiri Tomas Pikerinq: “O vaxt Britaniyanın baş naziri Marqaret Tetçer səfərindən sonra gəlib prezident Ronald Reyqana demişdi:”Bu, bizim işləyə biləcəyimiz adamdır.”


Təhçilçilərin fikrincə, cənab Qorbaçov başa düşmüşdü ki, Sovet İttifaqı bütün dünyada nüfuzunu artıq yalnız hərbi qüvvə ilə qoruyub saxlaya bilməz. O? silahlı qüvvələrin bəzi yerlərdə ixtisar edilməli olduğunu anlamışdı.

Bu yerlərdən biri sovet ordusunun 1979-cu ildən mücahidinlərə qarşı müharibə apardığı Əfqanıstan idi.

Səfir Pikerinq deyir ki, cənab Qorbaçovun sovet qoşunlarını Əfqanıstandan çıxarmaq qərarı bütün dünyaya Moskvanın burada uğura nail olmadığına dair bir mesaj idi. Tomas Pikerinq: “Bu, fikrimcə, həm də diplomatik yolla çözülməli olan problemlərin hərbi yolla həllini tapa bilmədiyinə işarə edirdi.”

Sonuncu sovet əsgəri Əfqanıstanı 1989-cu ildə fevralın 15-i tərk etdi.

Xarici siyasət məsələləri üzrə təhlilçilər deyir ki, cənab Qorbaçovun xarici siyasətinin ən güclü təsiri insanların kommunist idarəçiliyinin sona çatmasını tələb etdiyi Şərqi Avropaya oldu. Cənab Qorbaçov aydın şəkildə göstərdi ki, milli müstəqillik tələblərinin qarşısı hərbi yolla alınmayacaq.

Səfir Tomas Pikerinq: “Sovet liderləri artıq Şərqi Avropada geniş miqyasda kommunist ideyalarının və sistemin yayılması üçün hərbi gücdən istifadə edilməsinə meyl göstərmirdilər.”

1989-cu ildə noyabr ayında cənab Qorbaçovun müdaxilə etməmək siyasətinin nəticəsi olaraq Berlin divarı söküldü.

Səfir Pikerinqin sözlərinə görə, Şərqi Avropada baş verən hadisələrin bundan daha böyük nəticələri var idi: “Bu, Sovet İttifaqının öz qapılarının açılması kimi müstəsna bir hadisə ilə nəticələndi və onsuz da bu və ya digər şəkildə ayrılmağa hazır olan 15 respublikanın azadlığa qovuşmasına gətirib çıxardı.”

1990-cı ildə oktyabr ayında cənab Qorbaçov Nobel Sülh mükafatına layiq görüldü. Bundan 14 ay sonra o, sovet prezidenti kimi istefa verdi. Ekspertlərin fikrincə, o özü cilovunu buraxdığı qüvvələrin qurbanı oldu.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Brent Skoukroftun sözlərinə görə, Sovet İttifaqının və kommunist sisteminin dağılması Qorbaçovun qoyduğu irsdir. Brent Skoukroft: “Çünki o başqa tipli bir insan idi, məsələn, o, Brejnev kimi biri olsaydı, sistem hələ bir müddət davam edəcəkdi. Bir zaman çökəcəkdi, amma bu, onun dağıldığı zaman baş verməyə bilərdi.”

Qəribə burasıdır ki, Mixail Qorbaçovu vətənində kommunizmi çökdürdüyünə görə tənqid edirlər, lakin Qərbdə ona qəhrəman kimi baxırlar.

XS
SM
MD
LG