Accessibility links

Kurmanbek Bakiyev Qırğızıstana lider kimi qayıtmaq niyyətində deyil


O bildirib ki, ölkəni tərk etməmişdən əvvəl istefa ərizəsinə qol çəkib

Qırğızıstanın hakimiyyətdən devrilmiş və hazırda Belarusda sığınacaq tapmış prezidenti Kurmanbek Bakiyev deyir ki, o, vətəninə ölkənin lideri kimi qayıtmaq niyyətində deyil.

Kurmanbek Bakiyev bu həftənin əvvəli təkidlə bildirirdi ki, o, Qırğızıstanın qanuni prezidentidir. Ancaq bu gün cənab Bakiyev Belarusun paytaxtı Minsk şəhərində jurnalistlərə bildirib ki, o, ölkəni tərk etməmişdən əvvəl istefa ərizəsinə qol çəkib və o zaman təzyiq altında olduğunu əlavə edib.

Cənab Bakiyev kim tərəfindən təzyiqlərə məruz qaldığını deməsə də, bildirib ki, həm Rusiyanın baş naziri Vladimir Putin, həm prezident Dmitri Medvedev onun ABŞ hərbi hava bazasının icarə müddətini uzatması ilə bağlı qərarından narazılıqlarını ifadə ediblər.

Manas hərbi bazası Əfqanıstandakı NATO əməliyyatları üçün başlıca dəstək obyektidir.

XS
SM
MD
LG