Accessibility links

Qırğızıstan hökuməti Bakiyevin təhvil verilməsi üçün Belarusa müraciət etdi


Hakimiyyəti ələ alan müxalifət devrilmiş prezident Bakiyevi korrupsiya və nepotizmdə ittiham edir

Qırğızstanın müvəqqəti hökuməti Belarusdan hakimiyyətdən devrilən keçmiş prezident Kurmanbek Bakiyevi Qırğızıstana təhvil verməyi rəsmən xahiş edib. Müvəqqəti hökumət liderinin müavini Əzimbek Beknazarov deyib ki, Belarus hökumətinə bu barədə xahişnamə bu gün göndərilib. Ötən ay cənab Bakiyev Belarus hökumətindən siyasi sığınacaq alıb. Aprelin 7-də kütləvi nümayişlər zamanı 85 adam həlak olub. Hakimiyyəti ələ alan müxalifət devrilmiş prezident Bakiyevi korrupsiya və nepotizmdə ittiham edib. Dünən beynəlxalq polis agentliyi İnterpol Bakiyevin oğlu Maksimi fırıldaqçılıqda ittiham edərək onun barəsində axtarış elan edib.

XS
SM
MD
LG