Accessibility links

Qırğızıstanda qətlə yetirilən 75 nəfər bu gün dəfn edilib


Ölənlərin xatirəsini anmaq üçün minlərlə insan prezident administarasiyası qarşısına tolaşmışdı

Bu gün minlərlə insan prezidentin qaçması ilə nəticələnən etiraz aksiyalarında qətlə yetirilən azı 75 nəfərin xatirəsini anmaq üçün paytaxt Bişkekdə toplaşmışdı. Qətlə yetirilənlər bu gün anım mərasimindən sonra dəfn edilmişlər. Bişkekdə insanlar yandırılmış prezident administrasiyası qarşısında ölənlərin ruhuna dua oxumuşlar. Keçən gecə payataxtda ara-sıra atəş səslərinin edşidildiyi, polisin və müvəqqəti hökumətin sayıqlıq göstərən qrupların köməyi ilə şəhərdə sakitlik yaratmağa çalışdıqları bildirilir. Gecə bir neçə nəfərin yaralandığı da xəbər verilir.

Prezident Kurmanbek Bakiyevin Cəlalabad regionuna qaçmasından sonra, müxalifət liderləri dünən sabiq xarici işlər naziri Roza Otunbayevanın müvvəqqəti hökumət başçısı təyin ediblər. Rusiya radiosuna müsahibə verən cənab Bakiyev isə nə istefa verəcəyini, nə də ölkəni tərk edəcəyini deyib.

XS
SM
MD
LG