Accessibility links

Cim Mattis Quantanamo körfəzindəki hərbi bazaya baş çəkib


ABŞ-ın müdafiə naziri Cim Mattis Quantanamo körfəzindəki hərbi bazaya baş çəkib. Bu, ABŞ əsgərlərinin bayram münasibəti iə təbrik edilməsi məqsədi ilə Pentaqon rəhbərinin son 16 ildə ilk səfəridir. Son dəfə Qunatanamoda 2002-ci ildə Əfqanıstandan ilk məhbusun gətirildiyi zaman Donald Ramsfeld ziyarət etmişdi.

Mattis yalnız qüvvələrlə görüşüb. O, nə məhbəsi ziyarət, nə də məhbus siyasətini müzakirə edib.

Nazirin səfəri Tramp administrasiyasının Quantanamo həbsxanası ilə bağlı planlarının qeyri-müəyyənliyi vaxtına təsadüf edir.

Hakimiyyətə gəldiyindən bəri Tramp heç bir məhbusu azad etməyib. Bu nəzarət mərkəzi 2001-ci il 11 sentyabr terror hücumlarından sonra təsis edilib.

Həbsxanada hələ də 41 məhbus saxlanılır. Onların 5-nin azadlığına hökm verilsə də, Tramp administrasiyası onların azad edilməsinə şübhə ilə yanaşır.

Sabiq prezident Barak Obama Quantanamo həbsxanasını bağlamağa çalışsa da, Konqres buna yol verməyib. Qanunvericilər məhbusların digər saxlanma mərkəzlərinə köçürülməsinin əleyhinə səs verib.

İyul ayında Quantanamoda olan baş prokuror Ceff Seşşns administrasiyanın həbsxananın istifadəsini davam etdirəcəyini deyib.

XS
SM
MD
LG