Accessibility links

Qubad İbadoğlu: Mərkəzi Bankı üzən məzənnə siyasətinə qayitmağa çağırıram


İqtisadçı alim Qubad İbadoğlu ABŞ FES-in Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitəsinin yanvarın 27-28-də keçiriləcək toplantısından sonra Azərbaycan manatına olan təzyiqlərin bir qədər də artacağını güman edir. Alim sual edir, - Mərkəzi Bank manatı yeni təhlükələrdən qoruya biləcəkmi?

Qubad İbadoğlunun Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:

Mərkəzi Bank ötən il əzində 8 milyard 742 milyon ABŞ dollarını manatın məzənnəsini tənzimləmək məqsədilə xərcləsə də nəinki manat sabitləşib, hətta onun üçün 1 il bundan əvvəlki ilə müqayisədə daha çox təhlükələr yaranıb. 2015-ci ildə valyuta bazarına aylıq 728 milyon dollar, gündəlik 24 milyon dollar müdaxiləy’ baxmayaraq 1 ildən sonra bizə miras qalan dəyərini ABŞ dolları qarşısında 2 dəfəyədək itirən manat, dollarlaşan maliyyə sistemi və reytinqi aşağı düşən banklar oldu.

İlk devalvasiya qərarını verən Mərkəzi Bank bu qərarı milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edildiyini elan etsə də ötən il üçün əlverişli məzənnə rejiminə keçid nə ixracatın, nə də ki, rəqabət qabliyyətinin artımını təmin edə bilmədi. Nəticədə son 1 ildə nəinki, ümumi ixracat 2014-cü ilə nisbətən 47.66 faiz azaldı, hətta qeyri neft bölməsinin ixracatı da həmin dövrdə 149 milyon dollar və 8,5 faiz aşağı düşdü.

Dövr ərzində ölkəmizin beynəlxalq ödəmə qabliyyətinin də pisləşməsi qeydə alındı, tədiyə balansının mənfi saldosu yarandı. Təkrar devalvasiyadan sonra xüsusilə də bankların və kredit təşkilatlarının maliyyə vəziyyəti daha da pisləşdi. Ötən gün “Moody's Investors Service" beynəlxalq reytinq agentliy Azərbaycandakı 6 kommersiya bankı üzrə risk qiymətləndirməsinin nəticələrini açıqladı və onların uzunmüddətli borc reytinqi aşağı salındı. Bütün bunlarla yanaşı Azərbaycanda azad biznes üçün fəaliyyət mühiti pisləşməkdə, banklara olan maliyyə təzyiqi artmaqda, istehlak bazarında bahalaşma davam etməkdədir.

Dövr ərzində iqtsiadiiyyatın dollarlaşması Mərkəzi Bankın Azərbaycanda pul kütləsinə təsiri imkanlarını azaldaraq ABŞ Federal Ehtiyat Sisteminin (FES) qərarlarının rolunu önə çıxartdı. Bu baxımdan FES-in Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitəsi bir neçə gün sonra yanvarın 27-28-də bu ilin ilk toplantısında qəbul edəcəyi növbəti qərarlar dolların mövqeyinin daha da möhkəmləndirməklə manata olan təzyiqləri bir az da artıra bilər.

Nə qədər ki, manat bazarda gerçək dəyərini ala bilməyib, Mərkəzi Bank ona olan istehlakçı etimadını bərpa edib, milli valyutanın ödəniş və yığım vasitəsi kimi təməl funksiyalarını tam bərpa edə bilməyəcək və belə davam edərsə mövcud valyuta ehtiyatları da qısa müddədən sonra tükənəcək. Odur ki, Mərkəzi Bankı valyuta bazarını liberallaşdırmağa və üzən məzənnə siyasətinə qayitmağa çağırıram.

XS
SM
MD
LG