Accessibility links

DQİDK-in sədri Mübariz Qurbanlı Amerikadadır


"Azərbaycanda 942 dini icma dövlət qeydiyyatından keçib və bunun 35-i qeyri-islam icmalarıdır" - Bunu Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olan Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu ölkənin Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek ilə görüşündə deyib.

Bu barədə bu gün, iyulun 18-də DQİDK-nın saytı məlumat verib. Görüş iyulun 16-da gerçəkləşib.

Saytın məlumatına görə, görüşdə M.Qurbanlı Azərbaycanın dövlət-din münasibətləri modeli və dini durum haqqında ətraflı məlumat verib.

Öz növbəsində S.Braunbek Azərbaycan haqqında məlumatlı olduğunu, ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

S.Braunbek 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.

M.Qurbanlı isə bu vəzifədə 2014-cü ildən çalışır. O, iyulun 15-də Amerika Birləşmiş Ştatlarına səfər edib.

M.Qurbanlı 16-18 iyul tarixlərində Vaşinqton şəhərində keçirilən Din Azadlığının İrəliləməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edir.

Səfər iyulun 21-dək davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG