Accessibility links

Antonio Qutteres BMT-nin Şimali Koreya ilə bağlı qətnaməsinin həyata keçirilməsinə çağırır


BMT-nin baş katibi Antonio Quterres Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı qətnamələrinin tam qaydada həyata keçirilməsinə çağırıb.

ABŞ dövlət katibi Şimali Koreya ilə ilkin şərtlər irəli sürmədən açıq danışıqların keçirilməsini təklif edəndən bir neçə gün sonra Quterres cümə axşamı Tokioda Yaponiya baş naziri Şinzo Abe ilə görüşüb. Görüşdən sonra o, müxbirlərə bunları deyib:

“Artıq aydındır ki, Təhlükəsizlik Şurasının qətnaməsi tam qaydada tətbiq olunmalıdır. Bu qətnamə ən əsası Şimali Koreya, daha sonra isə sanksiyaların tətbiqində vacib rol oynayan digər ölkələr tərəfindən həyata keçirilməlidir ki, biz Koreya yarımadasının nüvəsizləşdirmək məqsədimizə çata bilək.”

Yaponiya Pxenyana Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı danışıqlara başlaması üçün təzyiq göstərməyin tərəfdarıdır.

Şimali Koreya BMT sanksiyaları və beynəlxalq qınaqlara baxmayaraq raket və nüvə proqramlarını davam etdirir.

Noyabrın 29-da Pxenyan qitələrarası balistik raket atıb və bu raketin Birləşmiş Ştatlara çata biləcək çox qabaqcıl raket olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG