Accessibility links

İran BMT-nin yeni sanksiyalarını rədd edir


İranın atom enerji agentliyinin rəhbəri Əli Əkbər Salehi sanksiyalara səs vermiş rəsmi Pekini tənqid edərək Çinin “İslam dünyasındakı nüfuzlu mövqeyini” itirməkdə olduğunu söyləyib

İran BMT Təhlükəsizlik Şurasında ölkənin nüvə fəaliyyini məhdudlaşdırmaq üçün tətbiq edilən yeni sanksiyaları rədd edib. BMT nüvə agentliyində İranın səfiri olan Əli Əsğər Soltaniye israr edir ki, onun ölkəsi uran saflaşdırılmasına son qoymayacaq. Thlükəsizlik Iurasının 15 üzvündən 12-i sanksiyalar barədə qətnamənin lehinə, Türkiyə və Braziliya əleyhinə səs vermiş, Livan isə bitərəf qalmışdır. Rusiyanın İnterfaks xəbər agentliyi bu arada xəbər verir ki, sanksiyalara uyğun olaraq Rusiya İrana S-300 markalı raketlərin satışını dondurur. Rusiya və Çin İrana qarşı sanksiyaların tonunu yumşaltmağa nail olduqdan sonra qətnaməyə səs veriblər. İranın atom enerji agentliyinin rəhbəri Əli Əkbər Salehi rəsmi Pekini tənqid edərək Çinin “İslam dünyasındakı nüfuzlu mövqeyini” itirməkdə olduğunu söyləyib.

XS
SM
MD
LG