Accessibility links

İranda ailəsindən 6 nəfər edam edilmiş siyasi fəal tutulub


İranda ailəsindən 6 nəfər edam edilmiş siyasi fəal tutulub
İranda ailəsindən 6 nəfər edam edilmiş siyasi fəal tutulub

ETTELAAT əməkdaşları Mənsurə Behkişi iyunun 12-si axşam saatlarında Tehranın Yusifabad küçəsindən aparıb. Mənsurə Behkişin ailəsindən 6 nəfər İran islam inqilabından sonra solçu mövqe və siyasi əqidəsinə görə edam edilib. Mənsurə Behkiş əvvəllər də bir neçə dəfə tutulub.

İranda siyasi fəal Mənsurə Behkiş tutulub. Hadisə 5 gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

“Media forum” saytının məlumatına görə, ETTELAAT əməkdaşları Mənsurə Behkişi iyunun 12-si axşam saatlarında Tehranın Yusifabad küçəsindən aparıb.

Mənsurə Behkişin ailəsindən 6 nəfər İran islam inqilabından sonra solçu mövqe və siyasi əqidəsinə görə edam edilib. Mənsurə Behkiş əvvəllər də bir neçə dəfə tutulub.

Hazırda Tehranın Evin zindanında saxlandığı bilinən Mənsurə Behkişin konkret hansı ittihama görə tutulduğu barədə məlumat yoxdur.

XS
SM
MD
LG