Accessibility links

İranın müdafiə naziri Azərbaycanda səfərdədir


İranın müdafiə naziri Azərbaycanda səfərdədir
İranın müdafiə naziri Azərbaycanda səfərdədir

Azərbaycan və İran Cənubi Qafqaz bölgəsində sabitliyin yaranmasında maraqlı olduqlarını bəyan edib

Iranın müdafiə naziri Əhməd Vahidi Azərbaycana ikigünlük rəsmi səfərə gəlib. O bu gün Azərbaycan prezidenti İlham Əliyev, müdafiə və xarici işlər nazirləri ilə görüşüb.

ANS PRESS Agentliyinin məlumatına görə, İranın müdafiə naziri səfər zamanı ikitərəfli münasibətlər, regionda sülh və stabillik məsələlərini müzakirə edəcəyini bildirib. “Keçirəcəyim görüşlərdə, əsasən iki ölkənin hərbi potensiallarını müzakirə edib, araşdıracağıq. İran Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək niyətindədir”.

Cənab Vahidi səfər zamanı Xəzər dənizinin təhlükəsizliyi və sabitliyi məsələlərinin də müzakirə mövzusu olacağını deyib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan və İran müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Nazir Səfər Əbiyev bildirib ki, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın hökm sürməsini istəyir. “Əfsuslar olsun ki, hələlik buna nail ola bilmirik. Regionda təhlükəsizliyin təmin edilməsi üçün ən böyük maneçilik törədən problem Ermənistanın Azərbaycana təcavüzüdür. Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir».

Cənab Əbiyevin fikrincə, buna əsas səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduğunu bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərməsidir”, - deyə o cənab Vahidiyə İranın mövqeyi ilə bağlı işarə edib.

İranın müdafiə naziri isə Azərbaycanın xarici xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə İranın Azərbaycan torpaqlarının işğalını pislədiyini, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönəcəyinə ümidvar olduğunu bildirib.

XS
SM
MD
LG