Accessibility links

İranın Neft-Kimya zavodunda partlayış baş verib


Xark adasındakı Neft-Kimya zavodunda baş verən partlayış zamanı 4 nəfər ölüb

İranın dövlət xəbər agentliyinın bildirdiyinə görə, dünən gecə Fars Körfəzində İranın ən iri neft terminalının yerləşdiyi Xark adasındakı Neft-Kimya zavodunda baş verən partlayış zamanı 4 nəfər ölüb. Rəsmilər partlayışın mərkəzi qazanda yüksək təzyiq səbəbindən baş verdyini deyirlər. Partlayış zamanı həlak olanlardan üçünün cəsədinin aşkar edildiyi və yanğının nəzarət altına alındığını bildirilir.

İran OPEK təşkilatına daxil olan ölkələr arasında neft istehsalına görə ikinci yerdə durur və dünyada ən böyük təbii qaz yataqlarına malik ölkələrdən biridir.

XS
SM
MD
LG