Accessibility links

İraq generalı: ABŞ qüvvələri 2020-ci ilədək ölkədə qalmalıdır


İraq generalı: ABŞ qüvvələri 2020-ci ilədək ölkədə qalmalıdır
İraq generalı: ABŞ qüvvələri 2020-ci ilədək ölkədə qalmalıdır

İraqın ali hərbi rəsmisi deyir ki, Birləşmiş Ştatlar öz qüvvələrini İraqda 2020-ci ilədək saxlamalıdır. General Leytenant Babəkir Zebari Bağdadda keçirilən müdafiə konfransında bildirib ki, İraq ordusunun ölkədə təhlükəsizliyi təmin etməsi əlavə 10 il vaxt aparacaq. Ağ Evin sözçüsü Robert Gibbs deyib ki, Birləşmiş Ştatlar ayın sonunadək İraqda döyüş missiyasını bitirmək kursundadır. O, deyib ki, prezident Barak Obama İraq ordusunun təhlükəsizlik əməliyyatları keçirmək qabiliyyətindən razıdır. Keçid qüvvəsi kimi xidmət etmək üçün 50 min Amerika əsgəri İraqda qalacaq. Cənab Obama 2011-ci ilin sonunadək bütün ABŞ qoşunlarını İraqdan çıxarmağı qarşıya məqsəd qoyub.

XS
SM
MD
LG