İraq rəsmilərinin məlumatına görə, ən azı intihqrçının polis məntəqəsinə hücumu zamanı 18 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.
Hücum bu gün paytaxt Bağdaddan 100 kilometr cənubda əsasən şiələrin yaşadığı Hilla şəhərində həyata keçirilib. Təhqiqatçıların sözlərinə görə, qurbanların çoxu məntəqənin qarşısında toplaşan polis zabitləri olub. Qeyd edək ki, bir gün əvvəl isə Bağdad və Kərbəlada partlayışlar nəticəsində 5 nəfər həlak olmuşdu.