Accessibility links

İraqın elektrik enerjisi naziri istefaya göndərildi


Temperaturun 50 dərəcə selsiyə çatdığı İraqda elektrik enerjisi kəsilmələrinə görə narazılıqların artması səbəbilə Kərim Vahid bazar ertəsi istefa ərizəsini yazdı

İraqda elektrik kəsilmələri səbəbilə keçirilən etiraz aksiyalarının ardınca baş nazir Nuri Əl-Maliki ölkənin elektrik enerjisi nazirinin istefasını qəbul edib. Hökumət sözçüsü Əli Əl-Dabbağ bu gün bildirib ki, Kərim Vahidin istefası təsdiq olunub, ancaq hələlik onun yerinə heç kim təyin edilməyib. Əl-Dabbağın sözlərinə görə, hazırkı yanacaq naziri Hüseyn əl-Şəhristani bu vəzifəyə namizəd göstərilib və baş nazirin yeni təyinatı bu gün axşam saatlarında edəcəyi gözlənilir. Temperaturun 50 dərəcə selsiyə çatdığı İraqda elektrik enerjisi kəsintilərinə görə narazılıqların artması səbəbilə Vahid bazar ertəsi istefa ərizəsini yazmışdı. Ölkənin Bəsrə və Nasiriyyə şəhərlərində etiraz aksiyaları zorakılıqlarla nəticələnib. Zorakılıqlarda iki nəfər həlak olub, və 20 nəfər polis zabiti, o cümlədən mülki vətəndaş xəsarət alıb.

XS
SM
MD
LG