ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya təyyarələrinin müşayiəti ilə Suriyanın hökumət qüvvələri strateji əhəmiyyətli Rəqqa şəhəri uğrunda qızğın döyüşlər aparır. 400 min əhalisi olan bu şəhər İslam Dövlətinin nəzarəti altına ötən il keçib.
İŞİD-in 14 yaşından yuxarı oğlan və kişilərin səfərbər edilməsi göstərişindəndən sonra şəhərdə islamçı döyüşçülərin sayı artıb.
2014-cü ilin yanvarında Rəqqanın İslam Dövləti tərəfindən ələ keçirilməsindən sonra şəhər sakinləri su, elektrik və ərzaqla təmin edilib. Bunun məqsədi qrupa dəstək toplamaq olub.
Şəhər elektrik enerjisi ilə gündə bir neçə saat təmin edilir.
Sosial mediada yayılan şəkillərdə Rəqqa küçələrində zibil qalaqları nümayiş etdirilib.