Accessibility links

"Sərhədsiz Reportyorların hesabatı təmamilə həqiqəti əks etdirir" [Video-Müsahibə]


"Sərhədsiz Reportyorların hesabatı təmamilə həqiqəti əks etdirir"
please wait

No media source currently available

0:00 0:11:51 0:00

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı Amerikanın Səsinə müsahibəsində AŞPA-nın Azərbaycanla əlaqəli korrupsiya hallarına dair hesabatı və Sərhədsiz Reportyorlar təşkilatının illik “Media azadlığı indeksi” haqqında danışıb

Rəşid Hacılının sözlərinə görə, korrupsiya ilə bağlı hazırlanan hesabat Avropa Şurasının tarixində maraqlı məqamlardan biridir.

“Çünki burada söhbət Avropa Şurasının korrupsiya nəticəsində öz dəyərlərini itirməsi təhlükəsi qarşısında qalmasından gedir. Bu korrupsiya skandalının mərkəzində də məhz Azərbaycan durur.”

219 səhifəlik hesabatda Azərbaycanın korrupsiyada iştirakı ilə bağlı çoxlu faktlar var.

Hüquq müdafiəçisi əlavə edir ki, ötən il ərzində ortaya çıxan korrupsiya hallarından sonra Avropa Şurası Parlament Assembleyası qərara gəldi ki, bu ittihamlarla bağlı müstəqil araşdırma aparılsın.

“Beləliklə, keçən il Avropa Məhkəməsinin keçmiş hakimlərindən ibarət xüsusi bir qrup yaradıldı. Onların bu yaxınlarda çıxardıqları 219 səhifəlik hesabatda Azərbaycanın korrupsiyada iştirakı ilə bağlı xeyli sayda faktlar göstərilib. Bu hesabat da səsverməyə çıxarılaraq, böyük səs üstünlüyü ilə təsdiq olundu.”

Hesabatla bağlı Azərbaycan tərəfinin reaksiyaları haqqında sualı cavablandıran cənab Hacılı qeyd edib ki, hökümət birmənalı olaraq korrupsiya ittihamlarını təkzib edib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qəbul etdiyi hesabatda konkret dövlətlərin maraqları ilə bağlı ayrı-ayrı məsələlər üzrə səsvermə zamanı bəzi deputatların ələ alındığı bildirilir. Azərbaycandan gedən hədiyyələr: bir neçə min dollarlıq kürü, pullar, seksual xidmət təklifi daha çox səy-küy doğurub.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qəbul etdiyi hesabatda konkret dövlətlərin maraqları ilə bağlı ayrı-ayrı məsələlər üzrə səsvermə zamanı bəzi deputatların ələ alındığı bildirilir. Azərbaycandan gedən hədiyyələr: bir neçə min dollarlıq kürü, pullar, seksual xidmət təklifi daha çox səy-küy doğurub.

“Korrupsiya məsələsi ortaya çıxan zaman adları hallanan Vüsal Məmmədov və Elxan Süleymanov adlı iki deputat Azərbaycan höküməti tərəfindən AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı. Bundan sonra onlar Strasburqa gəlmirlər. Halbuki, məhz rüşvətin verilməsində, pulların paylanmasında birbaşa onların adı hallanırdı. Daha sonra hökümət müxtəlif yollarla korrupsiya faktları ilə bağlı olan bütün araşdırmaların qərəzli olduğunu, Azərbaycana qarşı yönəldiyini söyləyirdilər.”

Bu gün Azərbaycanda müstəqil adlana biləcək heç bir media orqanı qalmayıb.

Aprelin 25-da Sərhədsiz Reportyorlar təşkilatı dünya ölkələrində media azadlığının vəziyyətinə dair “2018-ci il, Media azadlığı indeksi” hesabatını ictimaiyyətə təqdim edib. Bu hesabatda Azərbaycan 180 ölkə arasında 163-ci yerdə gedir. Bu nəticə ilə Azərbaycan media hüquqlarının ən çox pozulduğu ölkələrdən biri hesab olunur. Hesabatla bağlı fikirlərini bölüşən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı bildirib ki, Azərbaycanın ən aşağı yerlərdən birini tutmasına təsir edən faktorlar müxtəlifdir.

“Bu gün Azərbaycanda müstəqil adlana biləcək heç bir media orqanı qalmayıb. Təbii ki, bəzi adlar çəkmək olar. Məsələn Turan informasiya agentliyi. Ancaq ötən il bu agentliyin başına gətirilənlər və onların demək olar ki, bütün resurslardan məhrum edilməsi Azərbaycanda azad medianın hansı vəziyyətdə olduğunun sübutudur.”

RSF-in illik mətbuat azadlığı indeksinə rəngli xəritə də daxildir. Bu xəritədəki rənglər mətbuat azadlığının durumunu göstərir: ağ rəng – "yaxşı", sarı – "nisbətən yaxşı", narıncı – "problemli", qırmızı – "pis", qara rəng – "çox pis" durumu göstərir. Azərbaycan qara, Gürcüstan və Ermənistan isə narıncı rənglə boyanıblar.
RSF-in illik mətbuat azadlığı indeksinə rəngli xəritə də daxildir. Bu xəritədəki rənglər mətbuat azadlığının durumunu göstərir: ağ rəng – "yaxşı", sarı – "nisbətən yaxşı", narıncı – "problemli", qırmızı – "pis", qara rəng – "çox pis" durumu göstərir. Azərbaycan qara, Gürcüstan və Ermənistan isə narıncı rənglə boyanıblar.

​Media eksperti əlavə edir ki, hətta xaricdən yayımlanan onlayn media orqanlarına qarşı təzyiq göstərilir.

“Əgər xaricdən yayımlanan hər hansı bir media orqanı hökümət haqqında tənqidi yazı yazırsa, onlar da bloklanır. Beləcə, hökümət özü haqqında olan hər hansı bir tənqidin ölkəyə sızmasının qarşısını almağa çalışır. Xaricdə fəaliyyət göstərən jurnalist Əfqan Muxtarlının qanunsuz yolla ölkəyə gətirilərək həbsə atılması faktı da sübutdur ki, Sərhədsiz Reportyorların bu hesabatı təmamilə həqiqəti əks etdirir", o bildirib.

XS
SM
MD
LG