Accessibility links

Rəcəb Tayyib Ərdoğan türk əsgərlərinin dəfn mərasimində iştirak edib


Cənab Ərdoğan bazar günü 11 turk əsgərinin hərbi dəfn mərasimində PKK qiyamçılarını terrorist adlandıraraq onların məğlub olacaqlarını deyib

Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan şənbə günü Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlıları ilə toqquşmada həlak olan türk əsgərlərinin Van şəhərindəki dəfn mərasimində iştirak edib. Cənab Ərdoğan bazar günü 11 turk əsgərinin hərbi dəfn mərasimində PKK qiyamçılarını terrorist adlandıraraq onların məğlub olacaqlarını deyib. Baş nazir vurğulayıb ki, cinayəti törədənlər cəzalandırılacaq. Türkiyənin dövlət xəbər yayım qurumu, bazar günü cənub-şərqi Elaziğ vilayətindəki Palu məntəqəsi yaxınlığında, kürd yaraqlılarının daha bir türk əsgərini qətlə yetirdiklərini bildirib. Şənbə günü türk hərbi təyyarələri İraqın şimalında kürd yaraqlılarının istehkamlandığı mövqelərə hava reydləri keçirib. Fransa xəbər agentliyi bildirib ki, türk qoşunları gecə, kürd yaraqlılarını axtarmaq məqsədi ilə, İraqın şimalına daxil olaraq, sərhəddən 10 kilometr içəriyə doğru irəliləyiblər.

XS
SM
MD
LG