Accessibility links

Referendum üzrə təşviqat kampaniyası başlayıb


Referendum
Referendum

Sentyabrın 3-dən etibarən Konstitusiyaya düzəlişlər üzrə referendumun təşviqat kampaniyası start götürüb. “Seçki Məcəlləsi”nə əsasən, təşviqatın aparılmasına cəmi 22 gün vaxt verilir. Təşviqat sentyabrın 25-də saat 8.00-da - səsvermə günündən bir gün əvvəl başa çatacaq.

Kampaniyada rəsmi olaraq Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydiyyata alınmış üç hökumətyönlü təşviqat qrupu fəaliyyət göstərir:

Hakim partiya tərəfindən yaradılmış “Yeni Azərbaycan”, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən yaradılmış “Vətəndaş cəmiyyəti” və Bələdiyyə Şuraları tərəfindən yaradılmış “Bələdiyyə” qrupu.

Onlar hamısı Konstitusiyaya düzəlişlərin lehinə çıxış edir.

Təşviqat qrupları ictimai televiziya və radioda pulsuz efir hüququ, habelə “Azərbaycan”, “Xalq”, “Respublika” və “Bakinski raboçi” dövlət qəzetlərində təşviqat materiallarını pulsuz dərc etdirmək imkanı əldə ediblər.

Bundan başqa, təşviqat qrupları açıq yerlərdə və qapalı məkanlarda seçicilərlə birbaşa görüşlər keçirə biləcək. Bu məqsədlə bütün ölkə üzrə 128 açıq və bir o qədər qapalı yer ayrılıb. Naxçıvanda da 8 açıq və 8 qapalı yer ayrılıb.

Təşviqat qrupları öz materiallarını mətbuatda və televiziyada pullu əsaslarla da yerləşdirə bilər.

İctimai televiziyada saat 18:40-dan 20:20-yə qədər praym-taymda pullu təşviqatın 1 saniyəsi 50 manata (1 dəqiqəsi 3 min manat və ya 1800 dollar) olacaq.

Siyasi ekspertlərin fikrincə, təşviqat kampaniyası alternativsizlik şəraitində keçirilir.

MSK Müsavat Partiyası tərəfindən yaradılmış yeganə müxalif “Respublika” təşviqat qrupunu qeydiyyata almayıb.

“Respublikaçı Alternativ” hərəkatının təşviqat qrupu təşkilatın icraçı katibi Natiq Cəfərlinin və referendumda ReAl-ın səlahiyyətli nümayəndəsi olan iki fəalın həbsindən sonra imzatoplama kampaniyasından geri çəkilib.

Aparıcı müxalifət qüvvələrindən olan - Demokratik Qüvvələrin Milli Şurası əvvəlcədən referendumda iştirakdan imtina edib, “iradəni azad bildirmək üçün şərait olmadığını” bildirib və Konstitusiyaya düzəlişlərə qarşı dinc fəal mübarizəyə çağırıb.

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası (AKXCP) vətəndaşları səsverməni boykot etməyə çağırıb.

Düzəlişlərin əleyhinə olanlar hesab edirlər ki, yeniliklər Azərbaycanda avtoritarizmin bərqərar olmasına aparıb çıxaracaq.

Konstitusiyaya 29 bənddən ibarət düzəlişlər layihəsinin təşəbbüskarı Azərbaycan prezidentidir. Düzəlişlər dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılmasını nəzərdə tutur, ona parlamenti buraxmaq, vitse-prezidentlər vəzifəsini təsis etmək və s. hüquqlar verir.

Düzəlişlər həmçinin prezidentin fəaliyyət qabiliyyəti olmadığı təqdirdə onun səlahiyyətlərinin birinci vitse-prezidentə keçməsini nəzərdə tutur.

Bundan başqa, prezidentliyə namizəd üçün minimum yaş həddinin (hazırda 35 yaşdır) ləğv edilməsi və dövlət başçısını növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilməsi nəzərdə tutulur.

Bundan başqa, düzəlişlər toplaşmaq azadlığının, mülkiyyət hüquqlarının məhdudlaşdırılması və vətəndaşlıqdan məhrumetmə hallarına yol açır.

Düzəlişlər ekspertiza üçün əvvəlcədən Avropa Şurası Venesiya Komissiyasına verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG