Accessibility links

Reks Tillerson Afrikada səfərdədir


Reks Tillerson Afrikada rəsmi səfərdədir
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Reks Tillerson Afrikada səfərdədir

ABŞ dövlət katibi Reks Tillersonun Afrika rəsmi səfəri Nigeriyada məktəbli qızların qaçırılmasından qısa müddət sonraya təsadüf edib.

Dövlət Departamentinin rəsmiləri deyirlər ki, bu cür müdaxilələrə qarşı mübarizə yollarınının tapılması və təhlükəsizlik əməkdaşlığının təşviq edilməsi ABŞ diplomatları üçün yüksək prioritet məsələlərdəndir.

“Dövlət katibi Tillerson Afrikan hökumətlər və xalqları ilə əməkdaşlığımızı davam etdirmək məqsədilə Efiyopiyada yerləşən Afrika İttifaqı Komissiyasının rəhbərləri də daxil olmaqla hər bir ölkənin liderləri ilə ayrı-ayrılıqda görüşəcək. Müzakirələrin əsas mövzusu terrorizmə qarşı mübarizə, sülh və təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı fayda mühitində ticarət və investisiyanının təşviq olunması üçün tərəfdaşlarımızla birlikdə işləyə biləcəyimiz yollar haqqında olacaq.” - deyə, Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

Dövlət Departamentinin məlumatına görə, dünyada ən sürətli iqtisadi inkişaf tempinə sahib ölkələrdən 5-i Afrika qitəsində yerləşir. Afrikanın 2030-cu ilədək dünyanın iş və istehlakçı qüvvəsinin dörddə birini təmsil etməsi gözlənilir. Lakin ekspertlər bildirib ki, bu artımdan istifadə etmək üçün daha çox iş görülməlidirlər.

“Qitənin potensialının reallaşması üçün bu prosesə çətinlik yaradan tibbi sığorta, münaqişə ocaqları, iqtisadi maneələr, yüksək tariflər kimi problemlərin uyğun şəkildə həll edilməsi vacibdir." - deyə, ABŞ Sülh İnstitutunun nümayəndəsi Coni Karson bildirib.

Tillersonun səfəri xüsusilə də bu il əvvəlində prezident Donald Tramp-ın qitəyə və Haitiyə hörmətsiz şəkildə istinad etməsindən sonra ABŞ-ın Afrika ölkələri ilə əlaqələrini yenidən gücləndirməsi baxımında yaxşı fürsət kimi dəyərləndirilir.

XS
SM
MD
LG