Accessibility links

Reks Tillerson: Şimali Koreya tərksilah olsa, Vaşinqton danışıqlara başlamağa hazırdır


ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Şimali Koreya tərksilah olmağa hazır olduğu halda, Vaşinqtonilə müzakirələrə başlamağa hazırdır. Tillerson bu açıqlamanı Şimali Koreya lideri Kim Con Unun ABŞ-ın Sakit okeanda ərazisi olan Quam adaları bölgəsində raket hücumu keçirilməsini təxirə saldığını elan etdiyi bir vaxt verib.

ABŞ-ın yüksək səviyyəli diplomatı bildirib ki, diplomatiyaya imkan verilməli olsa da, Koreya yarımadasının nüvəsizləşdirməsi ilə bağlı müzakirələrin başlaması üçün əvvəlcə rəsmi Pxenyan balistik raketlər və nüvə silahı sınaqlarını dayandırmalıdır.

Şimali Koreyanın rəsmi xəbər agentliyi çərşənbə axşamı bildirib ki, Kim Con Un Quam istiqamətində raketin atılması ilə bağlı son qərarı verməzdən vəvəl Birləşmiş Ştatların “Yanki”-lərin axmaq və ağılsız addım atmasını" gözləyir.

Pxenyanın əvvəlki təhdidini geri çəkməsindən az sonra ABŞ-ın müdafiə naziri bildirib ki, Şimali Koreyanın Quama raket hücumuna başladığı halda, Vaşinqton özünü müdafiə etməyə hazır vəziyyətdədir.

XS
SM
MD
LG