Accessibility links

Respublikaçılar nüvə razılaşmasına qarşı


Prezidentliyə Respublikaçı namizədlər
Prezidentliyə Respublikaçı namizədlər

2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından olan namizədlər İranla əldə edilmiş nüvə razılaşmasına qarşı çıxıblar.

Hətta Obama administrasiyasının bəzi keçmiş yüksək ranqlı rəsmiləri belə bu razılaşmanın İranın nüvə silahı əldə etmək istəyindən daşındırmayacağını düşünürlər.
Ceb Buş

“Hətta Obama administrasiyasının bəzi keçmiş yüksək ranqlı rəsmiləri belə bu razılaşmanın İranın nüvə silahı əldə etmək istəyindən daşındırmayacağını düşünürlər.” Bu fikri keçən həftə Florida ştatının keçmiş qubernatoru Ceb Buş öz Twitter hesabından yayıb. O bu sözlərə istinad kimi New York Times qəzetində beş keçmiş Ağ Ev məsləhətçisinin nüvə razılaşması ilə bağlı narahatlıqlarını ifadə etdikləri məktubu qeyd edib.

Prezidentlik iddiasında olan digər respublikaçı senator Marko Rubio isə öz növbəsində bu ilin əvvəlində İran rəhbərliyinə Obamanın prezidentlik müddəti bitdikdən sonra razılaşmasının quvvədə qalmayacağı ilə bağlı yazılan xəbərdarlıq məktubunun 47 respublikaçı Senat üzvündən biridir.

Əlavə olaraq bildirək ki, Florida ştatını təmsil edən senator Rubio Konqresdə müzakirədə olan nüvə razılaşması layihəsinə İranın İsrail dövlətini tanıması şərtinin əlavə edilməsi təşəbbüsü irəli sürmüşdü. Nəticə etibarilə bu və digər mübahisəli əlavələr qəbul edilmədiyindən nüvə razılaşması ilə bağlı yekun sənəddə öz yerini tapmadı.

Skott Voker
Skott Voker

"Prezident Obamanın İran nüvə razılığı Amerikanın ən kobud diplomatik səhvlərindən biri kimi tarixə düşəcək," deyə Viskonsin qubernatoru Scott Voker bildirib. Onun sözlərinə görə bu anlaşma İrana öz nüvə infrastrukturunu sökmədən sanksiyalar infrastrukturunu sökməyə imkan verir.

Prezidentliyə namizədliyini elan etmiş Texas ştatını təmsil edən senator Ted Kruz isə, onların əsas prioriteti İranla mümkün razılaşmanın milyonlarla amerikalı və tərəfdaş xalqların həyatını təhlükəyə atmasının qarşısını almaq olduğunu söyləmişdi.

Mən düşünürəm ki, sanksiyaları qüvvədə saxlamalı olsaq da, danışıqları davam etdirmək müharibə etməkdən daha yaxşıdır.
Rand Pol

Bunanla bərabər respublikaçılardan prezidentliyə potensial namizədlərdən digəri, Kentaki ştatını təmsil edən senator Rand Pol həmpartiyalılarından nisbətən fərqli mövqe nümayiş etdirir: “Mən düşünürəm ki, sanksiyaları qüvvədə saxlamalı olsaq da, danışıqları davam etdirmək müharibə etməkdən daha yaxşıdır.”

Demokratlar partiyasının prezidentlik yarışında öndə gedən namizədi Hilları Klinton isə nüvə razılaşmasını dəstəkləməsi ilə yanaşı əlavə edib ki, bu razılaşması əldə edilsə də ABŞ-ın İranla digər ciddi problemləri hələ də qalmaqdadır: “İran terrorizmə maliyyə ayıra əsas ölkələrdən biridir, və Hezbollah kimi qrupları dəstəkləməklə onlar digər ölkələrdə sabitliyə təhlükə yaradırlar.”

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG