Konqres seçkilərində ağır məğlubiyyətin ardınca ABŞ prezidenti Barak Obama Demokrat partiyası ilə Respublikaçılar arasında kompromisə çağırıb. Lakin Respublikaçılar kompromisin yalnız prezidentin həmin istiqamətdə hərəkət edəcəyi təqdirdə baş verəcəyini bildirir. Senat Respublikaçılarının lideri Mitç MkKonnellin bu gün Vaşinqtonda yerləşən Heritage Fondundakı nitqində bu fikri təkrarlayacağı gözlənilir. Senator MKKonell öz tərəfdarları qarşısında keçmişdə aydın edib ki, Respublikaçıların başlıca prioriteti Barak Obamanı 2012-ci ilı seçkilərində prezidentlikdən uzaqlaşdırmaq olmalıdır. Prezident Obama dünənki mətbuat konfransında Demokratların Respublikaçılar tərəfindən darmadağın edildiyini etiraf edərək seçkicilərin ağır iqtisadi durumdan narazı qaldıqlarını əsas gətirdi.