Accessibility links

River Plate Libertadores Kubokunun qalibi oldu


River Plate Libertadores Kubokunun qalibi oldu
please wait

No media source currently available

0:00 0:02:27 0:00

River Plate 1-0 hesabı ilə məğlub olduğu oyunda geridönüş edərək və əlavə vaxtda vurduğu daha iki qolun hesabına Boca Juniors-a 3-1 hesabı ilə qalib gələrək, Libertadores Kubokunun sahibi olub. Argentinada baş tutmalı olan cavab final oyunu baş verən zorakı hadisələrə görə dekabrın 9-u, bazar günü Madriddə keçirilib.

Boca Juniors Santiaqo Berbabeu stadionunda keçirilən oyunun birinci hissəsinin son dəqiqələrində Dario Benedettonun qolu hesabına önə keçib. Lakin Bombonerada 2-2 hesabı ilə sona çatan ilk oyunda ardıcıl iki dəfə geridönüş etməyi bacaran River Plate 68-ci dəqiqədə Luka Pratto-nun qolu ilə hesaba tarazlıq gətirməyə nail olur.

İlk əlavə vaxtın 3-cü dəqiqəsində Boka-lı yarımmüdafiəçi Vilmaq Barriosun qırmızı kart alaraq meydanı tərk etməsindən sonra River Plate-lilər 109-cu dəqiqədə Xuan Quinteronun qolu sayəsində önə keçir.

Oyunun sonlarına yaxın Boca Juniorsun bütün futbolçuları bərabərlik qolu üçün önə atılır. Lakin Qonzalo Martinezin əks hücumda vurduğu qol River Plate-in ümumi 5-3 hesabı ilə qalib edir. Beləliklə, River Plate tarixində dördüncə dəfə Libertadores Kubokuna sahib olur.

Bu qələbə o deməkdir ki, River Plate dekabrın 12-dən Birləşmiş Ərəb Əmirliklərində başlayacaq Klublararası Dünya Kubokunda Cənubi Amerikanı təmsil edəcək.

Final oyununun yerinin River Plate-in Monumental stadionundan 10000 uzaqlıqdakı Madridə köçürülməsinə səbəb təyin edilmiş ilk oyundan öncə Boca klubunun avtobusuna hücum edilməsi və hücum nəticəsində komandanın bəzi oyunçularının yaralanması olub.

Buna görə oyun River Plate-in ev oyunu hesab edilsə də, onlar azerkeş baxımından üstünlükdə olmayıblar. Real Madridin Bernabeu stadionu hər iki klubun azarkeşləri üçün bərabər bölünüb. Libertadores Kuboku üçün bu qeyri-adi vəziyyət hesab edilir.

Əslində Cənubi Amerikanı azad edənlərin şərəfinə adlandırılan yarışın final oyununun onların keçmiş hökmdarlarının evində oynanılmasında da qəribə bir ironiya var.

Bütün bunlara baxmayaraq, oyunu izləmək üçün Argentinadan 10000-dən çox azarkeş Madridə səfər edib. Bundan əlavə klubların Avropanın digər ölkələrindən olan xeyli sayda azarkeşinin İspaniyaya gəlməsi paytaxt Madriddə karnaval atmosferi yaradıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG