Öz tərəvəzlərimizi yetişdirmək yaxşı olardı əgər bizim kifayət qədər zamanımız olsaydı. Kaliforniyada yerləşən FarmBot şirkəti kompüterdən nəzarət imkanı olan bağda işləyəcək robot istehsal ediblər.
Böyüklüyü çarpayı qədər olan bostanda FarmBot adlanan robot tərəvəz toxumu əkir.
Cihaz torpağın nəm olmasına diqqət edəcək, sulayacaq və sahəni alaq otlarından təmizləyəcək.
FarmBot robotu kiçik ailərin tərəvəz yetişdirilməsi üçün dizayn edilib.
Rori Aronson: “Bizim müştərilərimiz vaxtları olmayan, lakin öz tərəvəzini özü yetişdirmək istəyən insanlardır.”
FarmBot onlayn satışdadır. Fevral ayında dünya boyu 300 ədəd robot öncədən satılıb və bu yaxınlarda onlara cihazları çatdırılacaq. Aronson deyir ki, robotu yığmaq 8 saat vaxt alır.
Rori Aronson: “Əgər siz otvertkadan istifadə etməyi bacarırsızsa və təlimatlara əməl etsəniz problemsiz FarmBotu qura biləcəksiz.”
Hissələr aliminiumdan, paslanmayan dəmirdən və 3D ilə çap olunmuş plastikdən düzəldilib. Ona görə də robot rütubətə dözümlüdür.
FarmBotun ən yaxşı xüsusiyyətlərindən biri təcrübə və geniş miqyasda istifadə üçün proqramlana bilir. Kompüterdən istifadə edərək istifadəçi öz bostanı üçün robotu proqramlaşdıra biləcək.
Fərqli xüsusiyyətlərə malik olan robot avtomatik olaraq toxum əkmək, sulamaq və alaq işlərini seçə bilir.
Aronson deyir ki, o FarmBotu öz bostanında sınaqdan keçirib.
Rori Aronson: “Bizim bağda İsveçrə pazı, roka və ispanaq var. Həmçinin brokoli, kələm, çuğundur. Bizim 65 əkinimiz var və yaxşı bəhrə götürürük.”
Hələlik FarmBot tək növ olaraq 3100$ satılır və şirkət daha böyük robotların istehsalını planlaşdırır.