Accessibility links

Rohinca qaçqınlarının repatriasiya planı narahatlıq doğurub


Rohinca qaçqınlarının Myanmaya repatriasiyası planı hazırlanır.

Lakin insan haqları müdafiəçiləri və QHT-lər qaçqınların təhlükəsizliyindən narahatdır.

600 mindən artıq insanın gələcəyi ekspertlərin müzakirə mövzusuna çevrilib.

Ordunun yoxlanış əməliyyatları Rohinca qaçqınlarının evlərinə qayıtma ümidini puça çıxarıb.

İnsan haqları müdafiəçiləri Myanma ilə Banqladeş arasında imzalanan repatriasiya planının vaxtsız və beynəlxalq ittihamların azaldılması üçün manevr kimi qiymətləndirir.

Travma almış uşaqların təkcə indi deyil, gələcəkdə də dəstəyə ehtiyacı var

Qaçqınlar isə evlərinə qayıtmazdan öncə təzyiq və təqiblərə son qoyulmasını tələb edir.

Ən böyük maneə vətəndaşlığın sübutudur. Belə ki, insanlar qaçaqkən özləri ilə çox az şey götürə bilmişdi.

Banqladeş qaçqınların əksəriyyətini şəxsiyyət vəsiqəsi ilə təmin edib. Lakin Myanma rəsmilərinin qaçqınlardan nə tələb edəcəyi müəmmalıdır. Rohincalılar 1982-ci ildən bəri rəsmən vətənsiz hesab edilir.

Myanma tarixən torpaq mülkiyyəti də daxil edilməklə, etnik azlıqların hüquqlarını rədd edir.

Qaçqınların 60 faizini təşkil edən uşaqların psixoloji durumu da narahtlıq mövzusudur. UNİCEF-in kommunikasiya direktoru Jan Jak Simon bildirib ki, travma almış uşaqların təkcə indi deyil, gələcəkdə də dəstəyə ehtiyacı var.

Myanmadan qaçqın axını davam etdiyi bir vaxt düşərgələrdə sığınacaq tapanlar evlərinə qayıtmağı ağıllarına belə gətirə bilmir.

Myanma və Başqladeş arasında yüz minlərlə Rohinca qaçqının geri qaytarılması barədə razılıq noyabrın 23-də əldə edilib.

Reuters xəbər agentliyi Myanmanın əmək naziri Myunt Kyainqa istinadən bildirib ki, qaçqınların Banqladeşdən Myanmaya qaytarılması prosesinə hazırlıq görülür.

600 mindən artıq Rohinca müsəlmanı Banqladeşdə sığınacaq tapıb.

Razılıq ABŞ dövlət katibi Reks Tillersonun zorakılılqları etnik təmizləmə adlandırmasından bir gün sonra əldə edilib.

XS
SM
MD
LG