Accessibility links

Rudi Culiani ilə bağlı istintaq aparıldığı deyilir


FILE - Rudy Giuliani, an attorney for President Donald Trump, speaks in Portsmouth, N.H., Aug. 1, 2018.

Nyu York federal prokurlar prezident Donald Trampın şəxsi vəkili Rudi Culianin lobbiçilik qanunlarını pozmaq ehtimalı ilə bağlı istintaq aparır.

Bu barədə cümə günü The New York Times qəzeti məsələ ilə yaxından tanış olan iki nəfərə istinadən məlumat verib.

Onlardan biri bildirib ki, istintaq Culianinin ABŞ-ın Ukraynadakı sabiq səfiri Mari Yovanoviçə xələl gətirək cəhdi üzərində aparılır.

Culiani ilə əlaqəsi olan iki biznesmen cümə axşamı Trampın seçkiqabağı kampaniyası zamanı maliyyə qanunlarını pozmaqda ittiham olunub. Onlar Culianinin prezidentliyə demokrat namizəd Co Bayden və oğlu Hanterlə bağlı korrupsiya təhqiqatı başlatmaq səylərinə yardım edən əsas insanlar olub.

Trampın Ukraynadan Bayden üzərində təhqiqat aparmaq tələbi ilə bağlı şikayət onun üzərində impiçment araşdırmasının aparılmasına gətirib çıxarıb.

Şərhlərə bax

XS
SM
MD
LG