Accessibility links

Azərbaycan Rusiyalı biznesmenə cinayət işi qaldırıb


German Sterliqov
German Sterliqov

Azərbaycan Baş Prokurorluğu Rusiya biznesmeni German Sterliqovun ölkənin Dağlıq Qarabağ regionuna köçməsi ilə əlaqədar ona qarşı cinayət işi qaldırıb.

Cinayət işi 281.2 (dövlət əleyhinə çağırışlar) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələrlə açılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, German Sterliqov Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan insanlarla cinayət sövdələşməsinə girərək, Azərbaycan qanunlarının tələblərini kobud şəkildə pozub və ölkə sərhədini qanunsuz olaraq keçib.

Qanunsuz rejimin təbliği məqsədilə Sterliqov iyulun 13-də Şuşada mətbuat konfransı keçirib və sosial şəbəkədə qondarma rejimə dəstək ifadə edib, Azərbaycanın ərazi bütövlüyünü pozmağa, etnik və dini ayrı-seçkilik salmağa və s. çağırıb. Bunun əsasında ona qarşı cinayət işi açılıb, deyə məlumatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG