Accessibility links

Rus təyyarələrinin Suriyada üsyançı liderləri öldürdüyü iddia edilir


Suriyadakı üsyançı mənbələr və fəallar deyir ki, Dəməşqin üsyançıların nəzarətində olan hissəsindəki ən güclü qruplardan birinin lideri Zahran Alluş hava hücumları nəticəsində öldürülüb.

Müxalifət və Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, Alluş və İslam Ordusu qruplaşmasının başqa öndə gedən üzvləri hava reydləri nəticəsində ölüb. Reydlər qruplaşmasının Şərqi Qutadakı baş qərargahını hədəf alıb.

Təsdiq edilməmiş ilkin məlumatlar hava hücumlarının Rusiya təyyarələri tərəfindən həyata keçirildiyini bildirir.

Suriya prezidenti Bəşar Əl-Əsədin müttəfiqi olan Rusiya 3 ay əvvəl Suriyada hava hücumlarına başlayandan bəri üsyançıların bir neçə nüfuzlu liderinin həyatına son qoyub.

Təlim keçmiş minlərlə döyüşçüsü olan İslam Ordusu Suriyada ən böyük və ən təşkilatlı üsyançı qruplaşma hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG