Accessibility links

Vladimir Putin çinli həmkarı Şi Tsinpinlə virtual görüşüb


Rusiya prezidenti Vladimir Putin və çinli həmkarı Şi Tsinpin çərşənbə günü video-konfransda görüşüb. Onlar hər iki ölkənin Qərblə münasibətlərinin pisləşməsi fonunda güclü müttəfiq olduqlarını vurğulayıb.

“Ölkələrimiz arasında daxili işlərə qarışmamaq, bir-birinin maraqlarına hörmət, ümumi sərhədimizi əbədi olaraq sülh və mehriban qonşuluq “kəmərinə” çevirmək kimi prinsiplərə əsaslanan yeni əməkdaşlıq modeli formalaşıb,” Putin Şi Tsinpinə bildirib.

Rusiya prezidenti həmçinin Şini fevralda Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında görməyi səbirsizliklə gözlədiyini bildirib. “Qeyd etmək istərdim ki, biz beynəlxalq idman əməkdaşlığı məsələlərində, o cümlədən idmanı və Olimpiya hərəkatını siyasiləşdirmək cəhdlərini rədd etmək məsələlərində bir-birimizi daim dəstəkləyirik," o, əlavə edib.

Birləşmiş Ştatlar başda olmaqla, bir sıra Qərb ölkələri Çinin insan haqları ilə bağlı vəziyyətinə etiraz olaraq diplomatları və ya digər hökumət rəsmilərini oyunlara göndərməmək qərarına gəlib.

Həm Rusiya, həm də Çin diplomatik gərginliyin artması fonunda qərbin sanksiyaları təhlükəsi ilə üzləşib. Hazırda Rusiya Ukrayna ilə sərhəddə qoşun toplamasına görə Avropa İttifaqı və NATO ilə gərgin qarşıdurma vəziyyətindədir.

Şi-Putin görüşündən əvvəl Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, iki lider Avropa ilə gərginliyi, ABŞ və NATO-nun “aqressiv” ritorikasını müzakirə edəcək.

Çərşənbə günü virtual görüş zamanı Putin COVID-19 pandemiyası ilə mübarizədə Şi və Çinin əməkdaşlığını yüksək qiymətləndirib. O, altı Çin istehsalçısının Rusiyanın 150 milyon dozada Sputnik COVID peyvəndi istehsalı üçün müqavilə imzaladığını qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG