Accessibility links

Rusiya Əfqanıstanda sülh danışıqlarını qeyri-müəyyən müddətə təxirə salır


Əfqanıstan prezidenti Əşrəf Qani və Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Əfqanıstan prezidenti Əşrəf Qani və Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Əfqanıstan hökuməti bildirib ki, Rusiya Əfqanıstanla bağlı gələn həftəyə təyin edilmiş sülh danışıqlarını qeyri-müəyyən müddətə təxirə salıb.

Əfqanıstanın prezident ofisinin bazar ertəsi açıqladığı bəyanatda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Əfqanıstan prezidenti Əşrəf Qaninin görüşün təxirə salınması və başqa tarixə keçirilməsi haqda qərar verdiyi bildirilir.

Bəyanata əsasən, prezident Qani sülh danışıqlarının "Əfqanıstan tərəfindən aparılmasında təkid edir.

Taliban döyüşçüləri-Əfqanıstanın Nangarhar vilayəti
Taliban döyüşçüləri-Əfqanıstanın Nangarhar vilayəti

Lavrov bildirib ki, Rusiya sülh prosesinin “əfqanların himayəsində olmalı” olduğu ilə razılaşır və “tam əməkdaşlıq etməyə” hazırdır.

Əfqanıstan hökuməti keçən həftə ölkənin gələcəyi ilə bağlı Rusiyada təşkil edilməsi nəzərdə tutulan çoxmillətli konfransa qatılmayacağını bəyan edib.

Əfqanıstan rəsmiləri Moskvanın Talibana dəvət göndərərkən Kabillə məsləhətləşmədiyindən narazıdır.

Birləşmiş Ştatlar da keçən həftə Vaşinqtonun Rusiya paytaxtında keçirilməsi gözlənilən Əfqanıstan sülh danışıqlarına qatılmayacağını bəyan edib.

XS
SM
MD
LG