Rusiyanın müdafiə nazirliyi şənbə günü ABŞ-ın Suriyanın şərqində hərbi mövcudluğunu artırmaq planını tənqid edərək, bunu həqiqi təhlükəsizlik narahatlıqları deyil, neft qaçaqmalçılarını qorumaq istəyindən qaynaqlanan “beynəlxalıq dövlət tərəfindən banditizm” olduğunu bildirib.
ABŞ-ın müdafiə naziri Mark Esper cümə günü deyib ki, Vaşinqton Suriyanın neft yataqlarının İslam Dövləti militantların əllərinə keçməsinin qarşısını almaq üçün zirehli maşınlar və qoşunlar göndərəcək.
Onun bu sözləri prezident Donlad Trampın bu ayın əvvəli təxminən min ABŞ hərbi personalını Suriyanın şimal-şərqindən çıxarmasından sonraya təsadüf edib. Trampın bu addımı nəticəsində Türkiyə ABŞ-ın İslam Dövləti qrupuna qarşı müabarizədə müttəfiqi olan kürd YPG qüvvələrinə qarşı hərbi əməliyyat başladıb.
Trampın qərarı Konqresin qəzəbinə səbəb olub. Hətta bir neçə yüksək səviyyəli Respublikaçı ABŞ qoşunlarının ərazidən çıxarılmasını kürdlərə qarşı xəyanət olaraq görüb və bunun İŞİD-i gücləndirəcəyinə dair narahatlığını ifadə edib.
Rusiyanın müdafiə nazirliyi yaydığı bəyanatda bildirib ki, Vaşinqtonun nə ABŞ nə də beynəlxalq qanunlar altında Suriyada hərbi mövcudluğunu artırmaq üçün mandatı yoxdur və bu planına regionda real təhlükəsizlik narahtlıqları səbəb olmayıb.
Bəyanatda bildirilib ki, ABŞ qoşunları və özəl təhlükəsizlik şirkətləri Suriyanın şərqində ayda 30 milyon dollar gəlir əldə edən neft qaçaqmalçılarını müdafiə edirlər.
Suriya prezidenti Bəşər əl-Əsədi dəstəkləyən Rusiya uzun zamandır ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun qeyri-qanuni olduğunu təkid edir.
Moskva da ABŞ qoşunlarını Suriyanın şimal-şərqindən çıxarandan sonra ölkədə mövqeyini gücləndirib. Belə ki, Rusiya bu həftə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğananla kürd YPG yarı-hərbi dəstəsini Suriya-Türkiyə sərhədinin 30 kilometrlik ərazisindən çıxarmağa yardım etməklə bağlı razılıq əldə edib.
Ankara YPG-ni Türkiyənin cənub-şərqində fəaliyyət göstərən kürd qiyamçılarla əlaqəsi olan terrorçular olaraq görür.