Accessibility links

Rusiyanın ucqar Altay bölgəsinə təyyarə turizmi başlanıb


Ucqar Altay bölgəsinə təyyarə turizmi başlanıb
please wait

No media source currently available

0:00 0:03:45 0:00

Təbiət turizminin inkişafı gələcəkdə yerli insanların işsizlik problemini qismən həll edə bilər

Rusiyanın ucqar Altay Respublikası uzun müddət Rusiyanın Tibeti kimi tanınıb. Sıldırım qayalı dağların təcrid etdiyi bu bölgə Çin və Monqolustanla sərhəd ərazidə yerləşir. Bu yaxınlarda burada təyyarə turizminə start verilib. Amerikanın Səsinin müxbiri Ceyms Bruk Altaydan reportaj hazırlayıb.

Aleksey Kaiçi doğma vətəni olan Altayın xalq mahnılarını ifa edir.

“Mən həqiqətən də dağlara, dərələrə, bulaqlara sitayiş etməyin tərəfdarıyam. Çünki mənə hər bir yerin öz tanrısının olduğunu öyrədiblər.” - deyə Aleksey bildirib.

Sibirdə ən hündür yüksəklik olan bu dağlar əsrlər boyunca Altayı Rusiyanın Monqolustan, Çin və Qazaxstanla sərhədlərindən təcrid edib. Lakin, ötən il Altayın yeganə hava limanında uçuş zolağı iki dəfə genişləndirilib. İyun ayından etibarən isə əhalisinə görə Avropanın ən sıx şəhərlərindən olan Moskvadan təyyarələr buraya turist gətirməyə başlayıb.

Onlar burada at südü içir…

Altayın Qızılı dağlarındakı şəffaf çaylara heyran olmağa gəlirlər…

Qalina Toptigina regionda mədəniyyət mərkəzi açıb.

"Yeni hava limanı açılandan bəri buraya müxtəlif insanlar gəlir, biz bundan gəlir götürəcəyik. Digər tərəfdən, əgər biz turizmi öz əlimizdə saxlasaq, turistlərə öz xidmətlərimizi, əl işlərimizi təklif edə bilərik." -deyə Qalina Toptigina bildirib.

Olga Safanova təbiəti mühafizə təşkilatı olan Dünya Təbiət Fondunda eko-turizm kursu alana qədər üç il müddətinə işsiz olub. O, indi yun əlcəklər və şərflər satır.
"Burada turizm inkişaf etməyə başlayıb və biz bunun heç də pis olmadığını düşünürük, çünki yerli insanlar suvenirlər hazırlamağa başlayıblar. Bizim adət-ənənələrimiz turistləri cəlb edir. Bu isə yerli insanların pul qazanmasına şərait yaradır."- deyə Olga Safanova bildirib.

Lakin böyük şəhərlərin bəzi turistləri dağda yaşayan xalqlar kimi torpağa sitayiş etməyi qəbul etmir.

Rusiyanın Çin və Monqolstan sərhədindəki Altay regionunda təbiətin çoxəsrlik gözəlliyi ilə yeni yaranan nəzarətsiz turizm arasında yeni gərginlik var.

İqor Kalmıkov ilk mərhələdə yerli icmalara iş yerlərinin xam təbiətdən asılı olduğunu bildirmək lazım olduğunu deyib: "Biz yerli bələdçilər hazırlayırıq. Biz çox çalışırıq ki, onlar yerli sakinlərin düzəltdikləri əl işlərini satmaq üçün düzgün yerləri seçə bilsinlər."

Yüksək işsizliyin hökm sürdüyü Rusiyanın ucqar Altay bölgəsində təbiət turizmi böyüyən gələcək nəsil üçün yeni iş yerləri yarada bilər.
XS
SM
MD
LG