Accessibility links

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Amerika və Rusiya nümayəndələri arasında görüş olduqca çətin keçirilib. Bildirilib ki, hələ görüləcək çox iş var.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ dövlət katibinin müavini Tomas Şannonun görüşü Moskvada baş tutub.

Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında deyib: “Biz ümid edirik ki, bizim amerikalı həmkarlarımız müəyyən siyasi müdriklik və siyasi iradə nümayiş etdirəcəklər”.

Dövlər Departamenti görüşü açıq adlandıraraq, bunun hər iki tərəfin qətnaməyə sadiq qaldığını göstərdiyini bildirib.

Müzakirələr ötən ilin dekabrında Rusiyanın Barak Obama tərəfindən müsadirə edilmiş iki diplomatik şəhərciyə girişinin bərpası barədə olub. Obama bu göstərişi Moskvanın ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxilə cəhdindən sonra verib.

Obama Merlilend və Nyu-York ştatlarındakı iki diplomatik şəhərciyin müsadirəsindən başqa 35 Rusiya diplomatının ABŞ-dan xaric edilməsi barədə qərar qəbil etmişdi. Bu addım Rusiyanın ABŞ seçkisini təsirləndirmək cəhdlərinə cavab olaraq atılmışdı.

O vaxt Rusiya prezidenti Putin bu diplomatik demarşa müvafiq cavab verməməklə bir çoxlarını təəccübləndirmişdi.

Tərəflər gələcəkdə əməkdaşlıq barədə müqavilə imzaladıqlarını desə də, gələcək görüşün nə zaman baş tutacağı barədə məlumat verməyiblər.

XS
SM
MD
LG