Accessibility links

Rusiya-Gürcüstan müharibəsinin 10 ili


Rusiya-Gürcüstan müharibəsinin 10 ili
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Keçmiş Sovet İttifaqında İosif Stalin tərəfindən tərtib olunan millətlər siyasəti səbəbindən ruslar və gürcülər arasındakı anlaşılmazlıq kəskinləşməkdə davam edirdi.

Lakin 2008-ci ilin avqust ayında Rusiya və Gürcüstan arasında başlanan və hər iki tərəfin bir-birini günahlandırğı müharibə iki xalq arasındakı problemləmləri pik həddinə çatdırdı.

Gürcüstan prezidenti Mixeil Saakaşvilinin qərbyönümlü siyasəti, NATO üzvlüyünə qəbul olmaq istəyi iki ölkə arasındakı geosiyasi ziddiyyətləri gücləndirir və nəhayət Kreml buna reaksiya verir.

Rusiya beş gün ərzində Gürcüstan ordusunu az qala darmadağın etmişdi. Rusiya ancaq Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı üçün beynəlxalq təzyiqlə qarşılaşdıqdan sonra işğalı dayandırdı.

Qələbə qazanmasına baxmayaraq rəsmi Moskva döyüş meydanındakı çatışmazlıqlarına görə narahat idi.

"Gürcüstan müharibəsi Rusiyanın kütləvi və çox bahalı səfərbərlik proqramını başlatmasına gətirib çıxardı. Çünki müharibədə qalib olmasına baxmayaraq rus qoşunlarının performansı zəif idi. Həm də istənilən siyasi və strateji məqsədlərə nail olunmamışdı'' - deyə, müdafiə üzrə təhlilçi Pavel Felqenhauzer bildirib.

Bu dərslər daha sonra Qərbə inteqrasiya olmaq istəyən digər keçmiş sovet respublikası Ukraynada tətbiq olundu.

2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqində baş tutan növbəti müharibədən sonra Rusiya həmin ərazilərə daha çox ordu yerləşdirə bildi.

Vaxt keçdikcə rusyalı və gürcüstanlılar arasında münasibətlər inkişaf etdi. Ticarət və turizm artmaqdadır. Gürcü mədəniyyəti də hətta Moskvada belə yayılmağa davam edir. Ancaq Gürcüstanın NATO-ya üzv olmaq ehtimalı gərginliyin artmasına səbəb ola bilər.

Gürcüstanın ayrılmış bölgələrinin statusu və oraya yerləşdirilən rus qoşunlarının vəziyyyəti hər zaman olduğu kimi mübahisəli olaraq qalır.

"Gürcüstanda heç kəs müharibə istəmir. İnsanlar sülhsevərdir. Ancaq bu o demək deyil ki, gürcülər öz torpağından əl çəkəcək. Rusiya ilə sülh və yaxşı münasibətlər quracaq'' - deyə, Moskvada Gürcü Ortodoks kilsəsinin rahibi bildirib.

Rusiya ilə kiçik müharibə kimi tanınan münaqişədən 10 il sonra Gürcüstan onun üçün asan olmayan sülhə qədəm qoyub. Bəzilərinin də dediyi kimi sülhü saxlamaq üçün yalnız dua etmək kifayət etməyəcək.

XS
SM
MD
LG